Azərbaycanda meşə institutlarının yenidən qurulması mövzusunda tədbir keçirilir

Xəbərin çap versiyası
Tarix: 11-07-2018, 13:34    |    Xəbər oxunub: 523 dəfə
Azərbaycanda meşə institutlarının yenidən qurulması mövzusunda tədbir keçirilir


Ekologiya və Təbii Sərvətlər Nazirliyində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (BMT/FAO) birgə əməkdaşlığı çərçivəsində 11-12 iyul 2018-ci il tarixlərində Milli Meşə Siyasəti Dialoqu “Milli Meşə Proqramının (MMP) yenilənməsi və Azərbaycanda meşə institutlarının yenidən qurulması” mövzusunda tədbir keçirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri cənab Erkan Özoral, BMT/FAO-nun Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri xanım Mələk Çakmak, UNECE/FAO Meşə və oduncaq bölməsinin müavini cənab Əkrəm Yazıcı, FAO-nun Mərkəzi Asiya üzrə subregional ofisinin meşə mütəxəssisi Peter Peçaçek, Türkiyənin Meşə və Su İşləri Nazirliyinin, Meşə Təsərrüfatı üzrə Baş Direktorluğunun, Milli Məclisin, Mədəniyyət və Kənd Təsərrüfatı Nazirliklərinin, Dünya Bankının, BMT-nin İnkişaf Proqramının nümayəndələri, QHT, ali təhsil müəssisələrinin və ETSN-nin əməkdaşları iştirak edir.

Azərbaycan Respublikasının Milli Meşə Proqramı 2030-cu ilədək müddəti əhatə edir. Milli Meşə Proqramının əsas məqsədi uzun müddətli ölkənin meşələrinə dair ictimai gözləntilərin dayanıqlılığını təşviq etmək, meşə təsərrüfatının idarə edilməsi və hökumətin meşə siyasətini, sürətli struktur dəyişikliklərini reallaşdırmaq, milli meşələrin idarəedilməsi üzrə institusional və hüquqi bazanın inkişafı üçün çətinlikləri və inkişaf vasitələrini aşkarlamaqdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi FAO ilə birgə bir sıra layihələrin həyata keçirilməsində yaxından əməkdaşlıq edib və ölkəmizdə meşəçilik sektorunun inkişaf etdirilməsinə dəstək göstərmək məqsədilə əvvəlki illərdə “Azərbaycan Milli Meşə Proqramı”nın işlənilməsinə dəstək göstərib.

Gələcəkdə yeni meşələrin salınması hesabına meşə ilə örtülü ərazilərin genişləndirilməsi və digər tədbirlərin həyata keçirilməsi istiqamətində daha aktiv fəaliyyət göstərilməsi üçün Milli Meşə Proqramının yenidən işlənib hazırlanması qərara alınıb.

Qeyd edək ki, Azərbaycanda dövlətə məxsus olan meşələr qoruyucu funksiyaları yerinə yetirməklə birinci qrupa aiddir. Meşələrin mühafizəsi və idarə olunması Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti tərəfindən həyata keçirilir. Departament dövlət meşə fondunun ərazisində meşələrin qorunub mühafizə olunmasını, meşəbərpa və meşəsalma işlərinin, əkin materiallarının yetişdirilməsinin, meşə ağac və kol cinslərinin toxumlarının tədarükünün, meşə fondu torpaqlarının dövlət uçotunun və meşə kadastrının aparılmasını, meşələrə xidmət işlərini və digər meşə təsərrüfatı tədbirlərini, o cümlədən fəaliyyət zamanı meşə qanunvericiliyinin icrasına nəzarəti həyata keçirən orqandır.

Azərbaycanda meşə institutlarının yenidən qurulması mövzusunda tədbir keçirilir





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Yaponiya bankının İrana sanksiya tətbiq etməsi nəyi dəyişəcək?-

Yaponiya bankının İrana sanksiya tətbiq etməsi nəyi dəyişəcək?- ŞƏRH

Sahil Babayev Lənkəran rayonunda 5 rayonun sakinləri ilə görüşüb

Sahil Babayev Lənkəran rayonunda 5 rayonun sakinləri ilə görüşüb

“Nar TV” xidmətinə qoşul, pulsuz TV tüner əldə et!

“Nar TV” xidmətinə qoşul, pulsuz TV tüner əldə et!

Qənirə Paşayeva Masallıda Aprel döyüşləri şəhidlərinin ailələrini ziyarət edib-

Qənirə Paşayeva Masallıda Aprel döyüşləri şəhidlərinin ailələrini ziyarət edib- FOTOLAR

"Asan İmza"dan istifadə 2,5 manat oldu: üstünlüklər haqda

Daşınmaz əmlak idarəçiliyi və özəlləşmə sahəsində əməkdaşlıq əlaqələri genişlənir

Daşınmaz əmlak idarəçiliyi və özəlləşmə sahəsində əməkdaşlıq əlaqələri genişlənir

Tehran Konvensiyasının Tərəflər Konfransının növbədənkənar sessiyası keçirilib

Tehran Konvensiyasının Tərəflər Konfransının növbədənkənar sessiyası keçirilib

Prezident Parisdə bır sıra görüşlər keçirib-

Prezident Parisdə bır sıra görüşlər keçirib- YENİLƏNİB

Paşinyan Qarabağda müharibə riski haqda:

Paşinyan Qarabağda müharibə riski haqda: Rusiya buna imkan verməz

İmişli və Siyəzən rayonlarında əmək yarmarkaları keçirilib

İmişli və Siyəzən rayonlarında əmək yarmarkaları keçirilib

Sabah Bakıda havanın temperaturu 32 dərəcə olacaq

Sabah Bakıda havanın temperaturu 32 dərəcə olacaq

Xidməti vətəndaş ünvanına aparan kampaniya bu dəfə Yevlaxda

Xidməti vətəndaş ünvanına aparan kampaniya bu dəfə Yevlaxda

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur