Şiə lideri Azərbaycana müraciətlə çıxış etdi

Xəbərin çap versiyası
Tarix: 11-07-2018, 14:53    |    Xəbər oxunub: 538 dəfə
Şiə lideri Azərbaycana müraciətlə çıxış etdi


“Ötən gün Gəncədə baş vermiş iğtişaşlar həm Azərbaycan qanunvericiliyinin, həm də dini dəyərlərin kobud şəkildə tapdalanmasıdır. Polisə, hüquq-mühafizə orqanları əməkdaşlarına silah qaldırmaq böyük cinayətdir. Din adı ilə edildikdə isə böyük günahdır və faciədir”.

Virtualaz.org bildirir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, “Məşədi Dadaş” məscidinin imam-camaatı Hacı Şahin Həsənli deyib.

Hacı Şahin Həsənli islamın zorakılıq yox, sülh dini olduğunu xatırladıb: “Bizim dinimiz barış dinidir, insanlar arasında sülh yaratmaq üçün göndərilib. Din amilindən istifadə edərək cəmiyyətdə qarşıdurma yaratmaq, qardaş qırğınına rəvac vermək böyük cinayətdir. Bəllidir ki, polisə hücum edən, iğtişaş törədən şəxslərin dinlə heç bir əlaqəsi ola bilməz. Azərbaycanın inanclı insanları dövlətçiliyimizin yanındadır. Bu məsələdə hamı birmənalı mövqe ortaya qoyub. Bu cür hərəkətlərin baş verməsində, görünür ki, kimlərinsə marağı var. Ola bilər ki, xaricdəki hansısa qüvvələr Azərbaycanda dini zəmində qarşıdurma yaratmaqda maraqlıdırlar. Buna qətiyyətlə yol vermək olmaz. Çünki bu həm dinə, həm də dövlətə qarşı xəyanət hesab oluna bilər”.

Hacı Şahin Həsənli onu da vurğulayıb ki, “Ya Hüseyn” şüarları ilə hər hansı bir zorakılıq törətmək şiəliyə qarşı ciddi hörmətsizlikdir: “Tarix boyu Azərbaycanda iki ənənəvi məzhəb olub, şiəlik və sünnilik. Bu iki məzhəb nümayəndələri, ardıcılları hər zaman qardaş kimi yaşayıb. Bunlar Azərbaycanın dövlətçiliyini möhkəmləndirən ən əsas amillərdəndir. “Ya Hüseyn” şüarı zorakılıq törətmək üçün deyil. İmam Hüseyn əleyhissəlamın özü zorakılığa məruz qalıb. Onun özü günahsız yerə öldürülüb. İmam Hüseyn əleyhissalamın adını çəkməklə hər hansı bir zorakılıq törətməyin özü Kərbəla ideyasına ciddi hörmətsizlik sayılır...”.

Onun sözlərinə görə Ötən gün Gəncə Şəhər İcra Hakimiyyəti önündə baş verən qanlı hadisədə həlak olanlardan biri Səməd Abbasov QMİ-nin Gəncəbasar üzrə nümayəndəsi Seyid Tahir Qarabağinin qardaşıdır: “Gecə ilə əlaqə saxladıq. Başsağlığı verdik. Ümumiyyətlə, kimə qarşı törədilməsindən asılı olmayaraq, Azərbaycan vətəndaşının günahsız şəkildə qətlə yetirilməsi yolverilməzdir. Bu, böyük faciədir...”.

Hacı Şahin Həsənli Gəncədəki dindarlara da çağırış edib: “Gəncədəki dindarları, inanclı insanları ayıq-sayıq olmağa dəvət edirəm. Hər hansı təxribata uymasınlar. Mən bilirəm ki, Gəncədəki inanclı insanların mütləq əksəriyyəti bu hadisələri pisləyir. Özüm də onlarla insanla əlaqə saxlamışam. Onlar da baş verənləri pislədiklərini söyləyiblər. Baş verənlərlə heç bir əlaqələrinin olmadığını qeyd edirlər. Ötən gün baş verən iğtişaşları hansısa məhdud bir qrup törədib. Gəncənin inanclı insanları buna qarşıdır. Bir daha Gəncədəki inanclı insanlara müraciət edirəm ki, daha da ayıq-sayıq olsunlar, bu məsələ ilə bağlı öz kəskin mövqelərini ortaya qoysunlar”.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Yaponiya bankının İrana sanksiya tətbiq etməsi nəyi dəyişəcək?-

Yaponiya bankının İrana sanksiya tətbiq etməsi nəyi dəyişəcək?- ŞƏRH

Sahil Babayev Lənkəran rayonunda 5 rayonun sakinləri ilə görüşüb

Sahil Babayev Lənkəran rayonunda 5 rayonun sakinləri ilə görüşüb

“Nar TV” xidmətinə qoşul, pulsuz TV tüner əldə et!

“Nar TV” xidmətinə qoşul, pulsuz TV tüner əldə et!

Qənirə Paşayeva Masallıda Aprel döyüşləri şəhidlərinin ailələrini ziyarət edib-

Qənirə Paşayeva Masallıda Aprel döyüşləri şəhidlərinin ailələrini ziyarət edib- FOTOLAR

"Asan İmza"dan istifadə 2,5 manat oldu: üstünlüklər haqda

Daşınmaz əmlak idarəçiliyi və özəlləşmə sahəsində əməkdaşlıq əlaqələri genişlənir

Daşınmaz əmlak idarəçiliyi və özəlləşmə sahəsində əməkdaşlıq əlaqələri genişlənir

Tehran Konvensiyasının Tərəflər Konfransının növbədənkənar sessiyası keçirilib

Tehran Konvensiyasının Tərəflər Konfransının növbədənkənar sessiyası keçirilib

Prezident Parisdə bır sıra görüşlər keçirib-

Prezident Parisdə bır sıra görüşlər keçirib- YENİLƏNİB

Paşinyan Qarabağda müharibə riski haqda:

Paşinyan Qarabağda müharibə riski haqda: Rusiya buna imkan verməz

İmişli və Siyəzən rayonlarında əmək yarmarkaları keçirilib

İmişli və Siyəzən rayonlarında əmək yarmarkaları keçirilib

Sabah Bakıda havanın temperaturu 32 dərəcə olacaq

Sabah Bakıda havanın temperaturu 32 dərəcə olacaq

Xidməti vətəndaş ünvanına aparan kampaniya bu dəfə Yevlaxda

Xidməti vətəndaş ünvanına aparan kampaniya bu dəfə Yevlaxda

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur