Sabaha gözlənilən hava şəraiti

Xəbərin çap versiyası
Tarix: 12-07-2018, 15:52    |    Xəbər oxunub: 521 dəfə
Sabaha gözlənilən hava şəraiti


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında iyulun 13-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi güclənəcək.



Havanın temperaturunun Abşeron yarımadasında gecə 25-28, gündüz 29-34, Bakıda gecə 26-28, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunundan 755 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 30-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində

İyulun 13-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək.

Şimal-qərb küləyinin güclənməsi ilə əlaqədar çimərliklərdə hava şəraiti əlverişsiz olacaq.

Rayonlarda hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 22-27, gündüz 33-38, dağlarda gecə 14-19, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

İyulun 13-ü səhərdən 14-ü gündüzədək Abşeron yarımadasında xəzri küləyinin güclənməsi fonunda temperaturun ötən günlə müqayisədə bir qədər aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə Bakıda və Abşeron yarımadasında iyulun 13-ü səhərdən 14-ü gündüzədək şimal-qərb küləyi güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 2-4 dərəcə aşağı enəcək.

Azərbaycan rayonlarında iyulun 13-dən 16-dək əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərədə arabir güclənəcək. Bəzi dağ çaylarında sululuğun artacağı, qısamüddətli daşqın keçəcəyi ehtimalı var.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Yaponiya bankının İrana sanksiya tətbiq etməsi nəyi dəyişəcək?-

Yaponiya bankının İrana sanksiya tətbiq etməsi nəyi dəyişəcək?- ŞƏRH

Sahil Babayev Lənkəran rayonunda 5 rayonun sakinləri ilə görüşüb

Sahil Babayev Lənkəran rayonunda 5 rayonun sakinləri ilə görüşüb

“Nar TV” xidmətinə qoşul, pulsuz TV tüner əldə et!

“Nar TV” xidmətinə qoşul, pulsuz TV tüner əldə et!

Qənirə Paşayeva Masallıda Aprel döyüşləri şəhidlərinin ailələrini ziyarət edib-

Qənirə Paşayeva Masallıda Aprel döyüşləri şəhidlərinin ailələrini ziyarət edib- FOTOLAR

"Asan İmza"dan istifadə 2,5 manat oldu: üstünlüklər haqda

Daşınmaz əmlak idarəçiliyi və özəlləşmə sahəsində əməkdaşlıq əlaqələri genişlənir

Daşınmaz əmlak idarəçiliyi və özəlləşmə sahəsində əməkdaşlıq əlaqələri genişlənir

Tehran Konvensiyasının Tərəflər Konfransının növbədənkənar sessiyası keçirilib

Tehran Konvensiyasının Tərəflər Konfransının növbədənkənar sessiyası keçirilib

Prezident Parisdə bır sıra görüşlər keçirib-

Prezident Parisdə bır sıra görüşlər keçirib- YENİLƏNİB

Paşinyan Qarabağda müharibə riski haqda:

Paşinyan Qarabağda müharibə riski haqda: Rusiya buna imkan verməz

İmişli və Siyəzən rayonlarında əmək yarmarkaları keçirilib

İmişli və Siyəzən rayonlarında əmək yarmarkaları keçirilib

Sabah Bakıda havanın temperaturu 32 dərəcə olacaq

Sabah Bakıda havanın temperaturu 32 dərəcə olacaq

Xidməti vətəndaş ünvanına aparan kampaniya bu dəfə Yevlaxda

Xidməti vətəndaş ünvanına aparan kampaniya bu dəfə Yevlaxda

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur