SON DƏQİQƏ
- “Azərbaycan: tarixi-coğrafi məkan adından müstəqil siyasi dövlətə kimi”- Şəhla Cabbarlı yazır
- Azərbaycanın dünya çempionu həbs edildi- İşgəncə faktları…
- "Özünüməşğulluq" proqramı ilə bağlı daha bir biabırçı FAKT+FOTOLAR
- İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu
- Sabiq deputatın şirkətində 600 manat maaş alan direktora 9 milyonluq kreditə qol çəkdirilib
- Prezident 5 komissiyanın tərkibində dəyişiklik edib- SİYAHI
- Nohur balıqçılığı təsərrüfatlarının sahibləri ilə görüş keçirilib
- İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib- FOTOLAR
- Mətbuat Şurasında Qətərdən və Livandan olan bir qrup jurnalistlə görüş keçirilib- FOTOLAR
- BNA ilə Milli Paralimpiya Komitəsi arasında memorandum imzalanıb
- İnam Kərimov nazirliyin xaricdə təhsil almış əməkdaşları ilə görüşüb- FOTOLAR
- Vikipediyaçılar milli qəhrəmanlarla haqda dörd xarici dildə məqalə yaradıblar
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu
Tarix: 13-07-2018, 17:09 | Xəbər oxunub: 643 dəfə
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti şənbə-bazar günlərində istirahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.
Bildirilir ki, qarşıdan gələn istirahət günlərində Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırıq ki, əsasən axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu dağətəyi rayonlarda 29-34, dağlıq rayonlarda isə 23-28 dərəcə isti təşkil edəcək.
Lənkəran-Astara bölgəsinə üz tutanları günəşli hava şəraiti gözləyir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 31-36 dərəcə isti təşkil edəcək.
Aran rayonlarında günəşli hava şəraiti olacaq, qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir. Havanın maksimal temperaturu 35-40 dərəcə isti təşkil edəcək.
Naxçıvan MR-da hava şəraitinin günəşli olacağı gözlənilir. Havanın maksimal temperaturu 35-40, bəzi yerlərdə 42 dərəcə isti təşkil edəcək.
Paytaxt qonaqlarının nəzərinə çatdırırıq ki, hava şəraiti günəşli olunacaq, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın maksimal temperaturu 31-36 dərəcə isti təşkil edəcək.
Diqqətinizi çəkə biləcək digər xəbərlər