Nazirliyin keçirdiyi imtahanda səhv suallar olub- İDDİA

Xəbərin çap versiyası
Tarix: 17-07-2018, 14:13    |    Xəbər oxunub: 999 dəfə
Nazirliyin keçirdiyi imtahanda səhv suallar olub-


Xəbər verdiyimiz kimi, dünən ümumi təhsil müəssisələrinə Müəllimlərin İşə Qəbulu (MİQ) üzrə müsabiqənin test mərhələsinə start verilib. İlk gün 4 mindən çox namizədin iştirak etdiyi imtahanda müəllimlər ibtidai sinif fənni üzrə test tapşırıqlarını həll edib.



İmtahandan sonra bir çox müəllim sosial şəbəkələrdə test suallarının cavablarında yalnışlıq olduğundan, bəzi suallarda isə doğru cavabın göstərilmədiyindən gileylənib. Bildiriblər ki, bu kimi səhv test tapşırıqları xeyli zamanlarının boşa getməsinə səbəb olub.

Daha bir məqam isə ondan ibarətdir ki, sonradan sualların doğru cavabları təqdim olunmadığından müəllimlər səhv olduğunu güman etdikləri sualların nəticələrindən xəbərsiz qalır.

Təhsil eksperti Kamran Əsədov da sosial şəbəkədə müəllimlərin iradlarının haqlı olduğunu vurğulayıb. Qeyd edib ki, şikayətlər çox olsa da, heç bir qurum bu narazılıqlara cavab vermək istəmir:

“Elə imtahan başlayan kimi təqdim edilmiş test tapşırıqlarında səhvlər və qüsurlar ortaya çıxmağa başladı. Bununla bağlı mənə də bir neçə test tapşırığı nümunəsi göndərilib. Təhsil Nazirliyi iştirakçılara sonradan test tapşırıqlarını təqdim etmir ki, iddiaçı həm səhv etdiyi suallara aydınlıq gətirsin, həm də əlində fakt olsun.

İkinci çatışmazlıq odur ki, imtahan iştirakçıları test tapşırıqları ilə bağlı şikayət, irad və etirazlarını bildirmək üçün bir qurum tapa bilmirlər.

Sualların məzmunu ilə bağlı şikayət etmək istəyən imtahan iştirakçıları nazirliyə müraciət ediblər. Nazirlik isə Təhsil İşçilərinin Peşəkar İnkişafi İnstitutuna yönləndirib. Onlar da cavabdeh olmadıqlarını bildiriblər. Son ümid yeri olaraq isə sosial şəbəkələr qalıb”.

Ekspert MİQ imtahanlarının Dövlət İmtahan Mərkəzi(DİM) tərəfindən keçirilməsini təklif edib:

“Fikrimi belə əsaslandırıram ki, birincisi, DİM keçirdiyi bütün növ imtahanların öncədən proqram və ədəbiyyat siyahısını təqdim edir. İkincisi, DİM keçirdiyi bütün növ imtahanlarda təqdim olunan test nümunəsini təqdim edir. Üçüncüsü isə DİM keçirdiyi bütün növ imtahanlardan sonra apelyasiya komisiyası yaradır, imtahanın gedişi, test tapşırıqları ilə bağlı kinin nə sualı, iradı, şikayəti varsa, gəlir, birbaşa həm DİM - in rəsmi nümayəndəsinə, həmdə test tapşırığını seçən, yazan adama sözünü deyir. Və həqiqətən də irad da azda olsa həqiqət varsa, bu iddiaçının xeyrinə həll olunur.

Təhsil Nazirliyinə keçən il keçrilən imtahandakı test tapşırığı ilə bağlı müraciətimə 1 ildir ki, cavab verən yoxdur. Həm də DİM - ə test tapşırığı ilə bağlı irad tutanda, müraciət edənə elmi cavab yazırlar.

Səhv test tapşırığına görə bu işi həyata keçirənlər vəzifəsindən azad edilməli, hər səhv test tapşırığına görə iştirakçılara 2 bal verilməlidir. Çünki onlar kiminsə səriştəsiz və məsuliyyətsizliyinə görə o test tapşırığına çox vaxt sərf ediblər, stress keçiriblər”.

Məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu göndərilsə də, cavab verilməyib. (Qafqazinfo)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
“Sevda anasını evində xidmətçi kimi saxlayır”-

“Sevda anasını evində xidmətçi kimi saxlayır”- ögey atası

Azərbaycanlı xanım iki tonluq avtomobili yerindən tərpətdi

Azərbaycanlı xanım iki tonluq avtomobili yerindən tərpətdi VİDEO

Əmək və sosial sığorta məsələlərinə dair təklif və tövsiyələr müzakirə edilib

Əmək və sosial sığorta məsələlərinə dair təklif və tövsiyələr müzakirə edilib

Kərəm Həsənovun Kürdəmirdə keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Kərəm Həsənovun Kürdəmirdə keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Çikaqoda adı Azərbaycanla bağlı olan şirkətin gənc sahibi

Çikaqoda adı Azərbaycanla bağlı olan şirkətin gənc sahibi

Tovuzun sərhəd kəndləri işıqsız qalıb-

Tovuzun sərhəd kəndləri işıqsız qalıb- 5 gündür

BDYPİ və Bakı Beynəlxalq Avtovağzal Kompleksi birgə maarifləndirici tədbir keçirib

BDYPİ və Bakı Beynəlxalq Avtovağzal Kompleksi birgə maarifləndirici tədbir keçirib

Övladlığa götürülmə ilə bağlı yeni tələblər

Övladlığa götürülmə ilə bağlı yeni tələblər

İstixana şəraitində zərərvericilərə qarşı bioloji mübarizə tətbiz edilib-

İstixana şəraitində zərərvericilərə qarşı bioloji mübarizə tətbiz edilib- Azərbaycanda ilk

Qənirə Paşayeva BDU-da

Qənirə Paşayeva BDU-da "Kəpənək effekti" layihəsi çərçivəsində geniş çıxış edib və gənclərə çağırış edib

Binəqədinin yol dərdi...

Binəqədinin yol dərdi...

Rəsmi Bakıdan Ermənistan XİN-in açıqlamasına reaksiya

Rəsmi Bakıdan Ermənistan XİN-in açıqlamasına reaksiya

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur