Dövlət Komitəsində məcburi köçkünlərin növbəti qəbulu keçirilib


Dövlət Komitəsində məcburi köçkünlərin növbəti qəbulu keçirilib


İyulun 17-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərin növbəti qəbulu keçirilib.



Qəbulda Dövlət Komitəsinin sədr müavinləri, şöbə və departament müdirləri iştirak ediblər.

Məcburi köçkünlərin müraciətləri əsasən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər və digər sosial problemlərlə bağlı olub.

Dövlət Komitəsinin sədri müraciətləri ayrı-ayrılıqda dinləyib. Qeydə alınmış müraciətlərlə əlaqədar müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu