Sabaha olan hava PROQNOZU

Xəbərin çap versiyası
Tarix: 19-07-2018, 13:56    |    Xəbər oxunub: 717 dəfə
Sabaha olan hava


Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AFN-ə verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 24-27, gündüz 30-35, Bakıda gecə 24-26, gündüz 32-34 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 750 mm civə sütunundan 754 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində: şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək.

Şimal-qərb küləyinin güclənməsi ilə əlaqədar çimərliklərə üz tutanları ehtiyatlı olmağa çağırırıq.

Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 21-26, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

İyulun 20-21-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
“Sevda anasını evində xidmətçi kimi saxlayır”-

“Sevda anasını evində xidmətçi kimi saxlayır”- ögey atası

Azərbaycanlı xanım iki tonluq avtomobili yerindən tərpətdi

Azərbaycanlı xanım iki tonluq avtomobili yerindən tərpətdi VİDEO

Əmək və sosial sığorta məsələlərinə dair təklif və tövsiyələr müzakirə edilib

Əmək və sosial sığorta məsələlərinə dair təklif və tövsiyələr müzakirə edilib

Kərəm Həsənovun Kürdəmirdə keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Kərəm Həsənovun Kürdəmirdə keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Çikaqoda adı Azərbaycanla bağlı olan şirkətin gənc sahibi

Çikaqoda adı Azərbaycanla bağlı olan şirkətin gənc sahibi

Tovuzun sərhəd kəndləri işıqsız qalıb-

Tovuzun sərhəd kəndləri işıqsız qalıb- 5 gündür

BDYPİ və Bakı Beynəlxalq Avtovağzal Kompleksi birgə maarifləndirici tədbir keçirib

BDYPİ və Bakı Beynəlxalq Avtovağzal Kompleksi birgə maarifləndirici tədbir keçirib

Övladlığa götürülmə ilə bağlı yeni tələblər

Övladlığa götürülmə ilə bağlı yeni tələblər

İstixana şəraitində zərərvericilərə qarşı bioloji mübarizə tətbiz edilib-

İstixana şəraitində zərərvericilərə qarşı bioloji mübarizə tətbiz edilib- Azərbaycanda ilk

Qənirə Paşayeva BDU-da

Qənirə Paşayeva BDU-da "Kəpənək effekti" layihəsi çərçivəsində geniş çıxış edib və gənclərə çağırış edib

Binəqədinin yol dərdi...

Binəqədinin yol dərdi...

Rəsmi Bakıdan Ermənistan XİN-in açıqlamasına reaksiya

Rəsmi Bakıdan Ermənistan XİN-in açıqlamasına reaksiya

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur