Beyinlərin yuyulması: müasir KİV-lər nümunəsində 12 üsul


Beyinlərin yuyulması:


İctimai şüurla manipulyasiya: televiziyada əsil həqiqətdə nə baş verir



Marina Melaniyanın “Sadəcə mürəkkəbliklər barədə” kitabından bir parçanın tərcüməsini ixtisarla sizə təqdim edirik.

Həmişə bulqakov professoru Preobrajenskinin məsləhətini xatırlayıram: “Nahardan əvvəl sovet qəzetlərini oxumayın” – və imkanlarım daxilində buna əməl edirəm, ilk növbədə bizim indiki TV kanallara qarşı. Amma, bu material üzərində işləməzdən əvvəl, müasir KİV-lərin ictimai fikri formalaşdırmaq üçün istifadə etdikləri metod və fəndlərdən baş çıxarmaqdan ötrü özüm kifayət qədər “zəhər” dozası qəbul etməli oldum. Bütün bu texnika insan psixikasının fəaliyyətinin qanunauyğunluqlarına əsaslanır. Mən onları təhlil etməyə və sistemləşdirməyə cəhd etdim. Əlbəttə ki, hər bir kəs mənim tərtib etdiyim siyahını öz müşahidələri ilə daha da zənginləşdirə bilər.

Diqqətin yayındırılması

Qaraçılar diqqəti necə yayındırır? Öncə heç bir əhəmiyyət kəsb etməyən ibarə işlədirlər: “Ora necə getmək olar, bunu deyərsinizmi...” Ardınca mövzu və intonasiya kəskin şəkildə dəyişir: “Oy, ay qız sənin ailəndə iki cənazə görünür!”, “Ay yazıq qız, ərin sənə xəyanət edir və sizi ayırmaq istəyəni sən özün də tanıyırsan”. Mövzu dəyişimi qurbanı həyəcana salır, düşünmək qabiliyyəti sönür, təhtəlşüur “ölüm sözlərinə” reaksiya verir. Qorxu bizi sarsıdır, ürək çırpınır, ayaqlar sözünə baxmır.

Təbliğat üçün də manipulyasiyanın istənilən növü kimi təlqinə qarşı psixoloji müqavimətin yatırılması çox mühümdür. Əgər, xəbərin verilmə anında ünvanın diqqəti onun məzmunundan yayınırsa, belədə onu başa düşmək və əks-sübutlar tapmaq çətin olur. Əks-sübutlar isə - təlqinə qarşı müqavimətin əsasıdır.

Diqqətimiz hansı üsullarla yayındırılır?

İnformasiya kaleydoskopu. Tele-verilişlər adətən bu cür ardıcıllıqla qurulur: qısa süjetlər bir-birini əvəz edir, anonslar növbələşdirilir, kadrlar sayrışır, aşağıda isə əlavə xəbərlərdən ibarət yazılı informasiya bloku keçir. Özü də bu zaman mühüm xəbər, məşhurların, moda dünyasından olanların həyatı ilə bağlı şayiələrlə qatılıb-qarışdırılır. On dəqiqəlik baxış ərzində gözlərimiz önündən o qədər obrazlar gəlib keçir ki, heç bir şeyə diqqəti cəmləşdirə bilmirsən. Bu dağınıq informasiya kaleydoskopu, hansı ki, onu nə dərk etmək, nə də emal etmək mümkündür, bir vahid tam kimi qəbul edilir. Bizim diqqətimiz seyrəlir, tənqidilik aşağı düşür – və biz istənilən “zibil” üçün açıq qalırıq.

Mövzunun doğranması. Əgər, informasiyanı müqavimət yaratmadan şüura yeritmək lazımdırsa,, onu hissələrə parçalayırlar – belədə onu tam kimi qəbul etmək mürəkkəbləşir. Guya ki, hər şeyi xəbər verdilər – birini əvvəl, digərini bir qədər gec, lakin elə xəbər verdilər ki, həqiqətdə nə baş verdiyini bilmək üçün nə fikir cəmləmək, nə də başa düşmək olur.

Sensasiyalılıq və təcililik. Çox vaxt xəbər verilişlərində biz bunları eşidirik: “Sensasiya!”, “Təcili!”, “Eksklyüziv!”. Xəbərin təcililiyi adətən yalana söykənir, amma məqsədə çatılıb – diqqət yayındırılıb. Baxmayaraq ki, bu sensasiya heç nəyə dəyən bir xəbər də deyil: zooparkda fil balalayıb, siyasətçinin ailəsində münaqişə baş verib, Ancelina Coli əməliyyat etdirib və s. və ilax. Belə “sensasiyalar” – mühüm şeylər barədə, hansı ki, ictimaiyyətin xəbər tutması arzu olunmazdır, diqqəti onlardan yayındırmağa xidmət edir.

Bizi belə “təcili”, “sensasiyalı” xəbərlərlə bombardman edirlər, informasiya hay-küyü, ehtirasların və əsəbin yüksəlişi, tənqidiliyimizi aşağı salır və biz təlqinə daha çox meyilli oluruq. Beynimiz yüksək sürətlə çalışır, o çox vaxt “avtopilotu” işə salır və biz streotiplərlə, hazır formullarla düşünməyə başlayırıq.

İkinci dərəcəlilər barədə fokus. Narahat edən sosial problemlərdən bizləri yayındırmaq da çox asandır. Həyat səviyyəsini ciddi şəkildə aşağı salacaq yeni qanun haqqında diktor sanki əhəmiyyətsiz bir şey kimi xəbər verəcək – bu sanki kiçik tirajlı bir qəzetdə həmin xəbərin kiçik şriftlə verilməsinə bənzəyir. Əvəzində krujevalı alt qadın geyiminin idxalının qadağan olunması və ya Danimarkadakı zürafənin şirlərə yedirdilməsi ilə bağlı hadisələr barədə müzakirələr isə fövqalədə vacib hadislər kimi bütün KİV-ləri bəzəyəcək.

Etibarlılıq illüziyası

Güclü emosional münasibət hadisənin həqiqiliyi duyğusunu yaradır. Biz hətta şübhə etmədən belə başqa reallığa köklənirik, mümkündür ki, bu ucuz fənddir, tamaşadır, montajdır.

Mövcudluq effekti. “Apokalipsis bu gün” filmində xəbər süjetlərinin necə çəkilməsini göstəriblər. “Geriya baxmadan qaçın, sanki siz döyüşürsünüz!” rejissor belə tələb edir. Və insanlar da qaçırlar, əyilirlər, səs-küy, partlayışlar, sanki hər şey əsilndə baş veir. Təbii ki, şərəfli jurnalistika da var və reprtyorlar çox vaxt həyatlarını riskə də atırlar, lakin belə tryuklar azlıq təşkil edir, xüsusilə də söhbət təbliğatdan gedirsə.

“Hadisə şahidləri”. Xəbərlərdəara-sıragörünən“şahidlər” reklmlarda görünən “şahidlərdən” az fərqlənir. Məs, gənc qadın duruxa-duruxa özünə inamsız şəkildə oğlunun futbol oynayarkən maykasını bulaşdırdığından və özünün də geyimi yumağından danışır. Xəbərlərdə guya təsadüfi adamlar dindirilir və onların sözlərindən məna və emosional bir cərgə qurulur ki, bizim şüurumuza işləsin. Ən güclü təəssüratı isə ağlayan qocalar, uşaqlar və gənc əlillər yarada bilirlər.

1990-cı ildə dünya KİV-lərində belə bir xəbər keçmişdi: 15 yaşlı küveytli qızın sözlərinə görə, İraq əsgərləri doğum evindən körpələri çıxararaq, ölmək üçün soyuq döşəməyə atıblar – qız da bunları öz gözlərilə görübmüş. Təhlkəsizlik baxımından qızın adı gizli saxlanılıb. İraqa soxulmazdan 40 gün öncə hər gün prezident Buş bu olayı tez-tez xatırladarmış, ABŞ senatı da hərbi aksiyanın müzakirəsi zamanı bu fakta istinad edirdi. Sonra aydın oldu ki, bu qız – ABŞ-ın Küveytdəki səfirinin qızı imiş, digər “şahidlər” isə əvvəlcədən Hill&Knowlton piar agentliyinin hazırladığı şəxslər imiş. Bu cür informasiya – təbliğatın bu növünə və ya gizli reklama, yalana görə jurnalistlər məsuliyyət daşımırlar, çünki mənbə naməlumdur.

Anonim avtoritet. Onun adı xəbər verilmir, sitat gətirilən sənədlərdə onu göstərmirlər – sadəcə hansısa avtoritetə istinad bu məlumata əminlik gətirir. “Alimlər çoxillik tədqiqatları nəticəsində müəyyən ediblər ki...” – hansı alimlər? “Həkimlər bu diş pastasını tövsiyə edirlər...” – bu həkimlər kimlərdir? “Prezidentin yaxın ətrafından olan və gizli qalmasını istəyən mənbə xəbər verir ki...” və ilax. Belə informasiya tər-təmiz təbliğatdır və ya gizli reklamdır, mənbə naməlumdur, yalana görə jurnalistlər məsuliyyət daşımırlar.

Şərəf effekti. Populyar adamlar – aktyorlar, idmançılar, musiqiçilər – şox vaxt “təsir agentləri” olurlar: onlar öz pərəstişkarlarını heç özlərinin yaxşı anlamadıqları şeylər barədə əmin edirlər. Onlardan siyasilər və reklamçılar mahircəsinə istifadə edirlər, axı məlumdur: əgər insan hansı sahədəsə nüfuzludursa, deməli başqa bir sahədə ona inanmaq olar.

Əvəzlənmə

Beyinlərin yuyulmasının ən mühüm fəndlərindən biri də bir faktın və ya olayın digəri ilə, çox vaxt tamamilə əks əlamətlə əvəzlənməsidir. Özü də bu tamaşaçıar və ya dinləyicilər üçün hiss olunmadan edilir.

Assosiasiyaların yaradılması. Fəndin mahiyyəti ondan ibarətdir ki, hər hansı bir obyekti elə bir şeylə əlaqələndirmək ki, bu kütləvi şüurda birmənalı olaraq ya pis, ya da yaxşı qəbul olunsun. Bir tərəf deyir: faşistlər. Digəri: terrorçular. Bu cür metaforalar (məcazi mənada işlədilən söz və ya ifadə) assosiativ düşüncəni işə salır və bizim intellektual səylərimizə qənaət etdirir. Bizləri daha bir tələyə, təbliğati tələyə də salırlar. Və nəticədə problemin mahiyyətini düşünməkdənsə, biz bu cür assosiasiyalardan, yalan analoqlardan və metaforalardan yapışırıq. Nə edək ki, beynimiz belə qurulub: o, istənilən imkanlar şəraitində əlavə iş görmək istəmir.

Əslində assosiasiyalar və metaforalar işin mahiyyətini nadir hallarda aydınlaşdırır. Misal üçün, bizə deyirlər: “Putin – Birinci Pyotr kimidir”. Bizə sanki Pyotrun dövrünü və onun fəaliyyətinin nəticələrini necə bildiyimizə işarə edirlər. “Hər şey aydındır”, - baxmayaraq ki, əslində bizə heç nə aydın deyil, biz yenə də razılaşırıq.

Məlumatı bizə pozitiv qəbul etdiyimiz məlum faktlarla, hadisələrlə, adamlarla əlaqələndirdikdə, müsbət emosional transfer baş verir. Bəs bu reklamda necə baş verir? Budur, həyatda uğura nail olan bir şəxs avtomobil ilə səyahət edir - əgər eyni şərait olsa, biz də uğur əldə edəcəyik.

Çox vaxt xəbərlər videosıra ilə möhkəmləndirilir. Məs, bizə nələrdənsə söz açırlar, ekranda isə - Hitler, nasistlər, svastika, bir sözlə bizlərdə qorxu və nifrət doğuran şeylər nümayiş etdirilir. Məlumatın özünün isə alman faşizminə heç bir aidiyyatı yoxdur, lakin, bizim şüurumuzda isə artıq biri digərindən yapışıb.

Şərti-reflektor əlaqəsindən də istifadə olunur. Belə deyək, bir hadisə (insan, məhsul) yaxşı biri kimi təqdim olunur, digəri isə pis biri kimi. Yaxşı barədə söz açılanda, çalar optimist ruhda olur, xoş müsiqi səsləndirilir, hansı ki, hamımız bunu sevirik. “Pis” təqdim olunduqda isə həyəcanlı müsiqi səsləndirilir və göz önündə qəmli insanların sifətləri sayrışır. Bitdi: şərti-reflektor zənciri qapandı.

“İşarənin” dəyişdirilməsi. Qəbulun əsas məqsədi – qaranın ağ, ağın isə qara adlandırılmasıdır, “müsbəti” “mənfiyə” dəyişdirmək və ya əksini etməkdir. İstənilən hadisəni “bəzətmək” olar, talanları etiraz nümayişləri, quldurları – azadlıq mübarizləri, muzdluları – könüllülər kimi təqdim etmək, adlandırmaq olar.

Üçüncü reyxin təbliğatçıları bu məsələdə xüsusilə “möhtəşəm” uğurlar əldə ediblər: gestapo vətəndaşları həbs etmirdi, “onları ilkin yoxlamadan keçirirdi”, yəhudiləri qarət etmirdilər, onların mülkiyyətini “mühafizə altına alırdılar”, 1939-cu ildə Polşaya hücum isə “polis aksiyası” idi. Sovet tankları Çexoslavakiyada və Macarıstanda “konstitusiya qaydalarını bərpa edirdi”. Karel Çapek ironiya ilə yazırdı: “Düşmən sakitcə onun şəhərlərini bombardman edən bizim təyyarələrə xaincəsinə hücum etmişdi”.

Birbaşa saxtakarlıq. Cəmiyyətdə lazım olan əhvalı yaratmaq üçün arzu olunanı həqiqət kimi qələmə verirlər. Misal üçün, xəbərlərdə bildirilir ki, “müxalifət düşərgəsində qarmaqarışıqlıq və başıpozuqluqdur”, “mərkəzdə prestijli ofislərə tələbat təklifi ötür”. Böyük əksəriyyət streotiplərlə düşündüyündən – “əgər, belə deyirlərsə, deməli, bu elə belədir” kimi məntiqsizliyə uğrayırlar. Əslində isə həmin “faktlar” həqiqəti əks etdirmir, saxtadır.

Seçkilərdə biz çox vaxt sosioloji reytinqləri rəhbər tuturuq: bizlər zəiflərə deyil, güclülərə səs vermək istəyirik. "Hamı kimi" olmaq istəyən orta statistik obıvatel azlıqda olduğu hissini yaradarsa belə, əksəriyyət kimi o da öz səsini çoxluğa verəcəkdir. Buna görə, seçkilər ərəfəsində namizədin yüksək reytinqi barədə məlumatları saxtalaşdırmaqla, onun üçün səslərin real sayını artırmaq olar.

Rəqəmlər, qrafiklər isə ümumiyyətlə, bizə təlqin olunanlara inanmağa məcbur edir:qırışlar 90% yoxa çıxır, sifətin rəngi 30% yaxşılaşır, hansısa siyasətçini dəstəkləyənlərin sayı isə iki dəfə çoxalır.

Təkrar

Əgər eyni bir fikri sadə ibarələrlə təkrarlasaq, biz ona alışırıq və o fikri özümüzünkü hesab edirik. Bizə həmişə elə gəlir ki, hətta yaddaqalan reklam roliki və ya zəhlətökən mahnı mexaniki təkrarlanıbsa,onu həmişə xatırladığımıza inanırıq.

Bu cür “möcüzələr” niyə baş verir? Təkrar pis nəzarət olunan təhtəlşüura effektiv təsir göstərir və yad formulların, fikirlərin, ideya və baxışların qeyri-iradi mənimsənilməsinə gətirib çıxarır.

Beyinlərin yuyulması üzrə məşhur virtuoz Gebbels deyirdi: “Kütlə həqiqi məlumat kimi daha tanış olanını qəbul edir. Adi insanlar adətən bizim təsəvvür etdiyimizdən də primitiv olurlar... Ən üstün nəticələrə ...problemləri sadə söz və ifadələrə calaya bilən və yüksək səviyyəli ziyalıların etirazlarına baxmayaraq, bunları sadələşdirilmiş formada təkrarlamaq üçün cəsarət sahibi olan şəxs çatacaqdır”.

1980-ci illərdə siyasi psixoloqlar Donald Kinder və Şanto Ayengar eksperimet həyata keçiriblər. Onlar axşam xəbərlərini elə montaj ediblər ki, tamaşaçıların diqqəti hansısa bir problemə fokuslaşsın, yerdə qalan məlumatlar isə fon kimi getsin. Beləliklə, sınağa məruz qalanların birinci qrupuna hər gün amerikan müdafiə siteminin zəifliyindən söz açıblar, ikinci qrupu ekologiya ilə qorxudublar, üçüncünü isə artan inflyasiya ilə həyəcana salıblar. Yekunda, bir həftə sonra eksperiment iştirakçılarının böyük əksəriyyəti əminliklə deyiblər ki, xəbərlərdə onlara çatdırılan problemi ölkə ilk növbədə həll etməlidir və fəaliyyətdə olan ABŞ prezidentini də məhz, həmin problemi necə yoluna qoyacağından sonra dəyərləndirəcəklərini bildiriblər. Beləliklə, hər bir qrup çatdırılan problemi daha önəmli hesab edib.

Belə çıxır ki, manipulyatora rəqibin ideyaları ilə mübarizə aparmaq lazım gəlmir, lazımi ibarələrdən, söz və ifadələrdən istifadə etmək, və onları yorulmadan təkrar etmək, bundan ötrü yetərlidir.

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu