İcra başçısının bacısı oğlu faciəvi şəkildə ölüb


İcra başçısının bacısı oğlu faciəvi şəkildə ölüb


Samur-Abşeron kanalının Sumqayıt şəhəri ərazisindən keçən hissəsində 1991-ci il təvəllüdlü Əbilov Daşqın Tapdıqəli oğlu batıb.

Onun cəsədi FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə ailəsinə təhvil verilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, suda boğularaq həyatını itirən 27 yaşlı gənc Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzovun bacısı oğludur.

Allah rəhmət eləsin!



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu