İbtidai Sinif Müəllimlərinin 1-ci Təhsil Forumu keçiriləcək

Xəbərin çap versiyası
Tarix: 17-08-2018, 12:03    |    Xəbər oxunub: 861 dəfə
İbtidai Sinif Müəllimlərinin 1-ci Təhsil Forumu keçiriləcək


Yeni tədris ilinin başlaması və Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasına dəstək olaraq ölkəmizdə ilk dəfə olaraq İbtidai Sinif Müəllimlərinin 1-ci Təhsil Forumu keçiriləcəkdir.



Forum “Çinar Yayımları” nəşriyyatının təşəbbüsü və Nəsimi rayon İcra hakimiyyəti, Müasir İnnovasiyalar Liseyi , PROAKTİV şirkətinin təşkilatçılığı ilə baş tutacaq.

İbtidai Sinif Müəllimlərinin 1-ci təhsil Forumu 8 sentyabr 2018-ci il tarixində məktəbəqədər hazırlıq və ibtidai sinif müəllimlərinin, aparıcı təhsil işçiləri, ekspertlərin iştirakı ilə həyata keçiriləcək. Bir neçə gün ərzində tədbirdə iştirak edəcək spikerlərin adları və mövzularla bağlı mətbuata açıqlama veriləcəkdir.

Qeyd edək ki, Forumda iştirak ödənişsizdir. Tədbirdə iştirak etmək istəyən hər kəs www.cinaryayimlari.com saytı vasitəsi ilə öncədən qeydiyyatdan keçməlidir.

Layihənin tərəfdaşları: “ Azərkitab, Odlar Yurdu universiteti, Bakı Britaniya Məktəbi (“British School in Baku”), Montro Biznes Məktəbi, İstanbul Aydın Universiteti (Türkiyə, İstanbul), Okulistik Təhsil şirkəti, Müəllim Hazırlıq Mərkəzi (MHM), Ofisait mağazalar şəbəkəsi, Maxofset mətbəəsi, EduGrata Təhsil Mərkəzi, ABC Tədris və İnkişaf Mərkəzi” dir. Ölkəmizdə ilk dəfə keçiriləcək İbtidai Sinif Müəllimlərinin 1-ci Təhsil Forumunun əsas təşəbbüskarı “ Təməlində sevgi var” şüarı ilə fəaliyyət göstərən “Çinar Yayımları” MMC şirkətidir. Şirkət şagirdlərimiz üçün yüksək səviyyəli dərs vəsaitləri nəşr etməklə yanaşı, onlar üçün yüksək səviyyəli sınaq imtahanları da həyata keçirir.
Forum barədə ətraflı məlumat əldə etmək üçün, Tel: (+99455) 224- 56- 26
www.facebook.com/cinaryayimlari
www.instagram.com/cinar_yayimlari




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Əflatun Amaşovdan Fuad Abbasovun saxlanılmasına münasibət

Əflatun Amaşovdan Fuad Abbasovun saxlanılmasına münasibət

XİN:

XİN: Ermənistan "Arsenal"ın erməni futbolçusundan öz təxribatçı məqsədləri üçün istifadə edir

Zelenski Ali Radanı buraxmaq səbəbini açıqladı

Zelenski Ali Radanı buraxmaq səbəbini açıqladı

Hesablama Palatasına yüksək səlahiyyət verilir

Hesablama Palatasına yüksək səlahiyyət verilir

Avropa İttifaqının nümayəndələri Mingəçevir şəhərində tvininq layihəsinin nəticələri ilə tanış olublar

Avropa İttifaqının nümayəndələri Mingəçevir şəhərində tvininq layihəsinin nəticələri ilə tanış olublar

Deputat:

Deputat: "Statistika Komitəsinin sədri bazara gedir ya yox?"

Ermənistan əsir və girovların dəyişdirilməsi təklifinə cavab verib

Ermənistan əsir və girovların dəyişdirilməsi təklifinə cavab verib

Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə «Azərbaycana baxış: siyasi maraqlar media müstəvisində» mövzusunda «dəyirmi masa» keçirilib

Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə «Azərbaycana baxış: siyasi maraqlar media müstəvisində» mövzusunda «dəyirmi masa» keçirilib

Meriya vətəndaşların

Meriya vətəndaşların "Tarqovı"ya girişinin qadağan edilmə xəbərinə reaksiya verdi

Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın yeni tərkibdə ilk iclası keçirilib

Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın yeni tərkibdə ilk iclası keçirilib

Şəkidə Beynəlxalq Keramika Simpoziumunun açılış mərasimi baş tutub-

Şəkidə Beynəlxalq Keramika Simpoziumunun açılış mərasimi baş tutub- FOTOLAR

Sabunçu bazarında yanğın -

Sabunçu bazarında yanğın - FOTOLAR

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur