Sabah hava sərin olacaq

Xəbərin çap versiyası
Tarix: 17-08-2018, 13:35    |    Xəbər oxunub: 644 dəfə
Sabah hava sərin olacaq


Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AFN-ə verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 21-24, gündüz 27-32, Bakıda gecə 22-24, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 755 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində: şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti təşkil edəcək. Şimal-qərb küləyinin güclənməsi ilə əlaqədar çimərliklərdə əlverişsiz hava şəraiti müşahidə olunacaq.

Azərbaycanın rayonlarında gecə və səhər bəzi şimal rayonlarında, gündüz isə əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 30-35, dağlarda gecə 12-17, gündüz 18-23 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Avqustun 18-19-da Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda temperaturun iqlin norması daxilində olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Əflatun Amaşovdan Fuad Abbasovun saxlanılmasına münasibət

Əflatun Amaşovdan Fuad Abbasovun saxlanılmasına münasibət

XİN:

XİN: Ermənistan "Arsenal"ın erməni futbolçusundan öz təxribatçı məqsədləri üçün istifadə edir

Zelenski Ali Radanı buraxmaq səbəbini açıqladı

Zelenski Ali Radanı buraxmaq səbəbini açıqladı

Hesablama Palatasına yüksək səlahiyyət verilir

Hesablama Palatasına yüksək səlahiyyət verilir

Avropa İttifaqının nümayəndələri Mingəçevir şəhərində tvininq layihəsinin nəticələri ilə tanış olublar

Avropa İttifaqının nümayəndələri Mingəçevir şəhərində tvininq layihəsinin nəticələri ilə tanış olublar

Deputat:

Deputat: "Statistika Komitəsinin sədri bazara gedir ya yox?"

Ermənistan əsir və girovların dəyişdirilməsi təklifinə cavab verib

Ermənistan əsir və girovların dəyişdirilməsi təklifinə cavab verib

Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə «Azərbaycana baxış: siyasi maraqlar media müstəvisində» mövzusunda «dəyirmi masa» keçirilib

Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə «Azərbaycana baxış: siyasi maraqlar media müstəvisində» mövzusunda «dəyirmi masa» keçirilib

Meriya vətəndaşların

Meriya vətəndaşların "Tarqovı"ya girişinin qadağan edilmə xəbərinə reaksiya verdi

Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın yeni tərkibdə ilk iclası keçirilib

Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın yeni tərkibdə ilk iclası keçirilib

Şəkidə Beynəlxalq Keramika Simpoziumunun açılış mərasimi baş tutub-

Şəkidə Beynəlxalq Keramika Simpoziumunun açılış mərasimi baş tutub- FOTOLAR

Sabunçu bazarında yanğın -

Sabunçu bazarında yanğın - FOTOLAR

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur