Qənirə Paşayeva Turan Qurultayının bağlanışında Türk dünyasına Qarabağ çağırışı edib- FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 17-08-2018, 17:08    |    Xəbər oxunub: 1 074 dəfə
Qənirə Paşayeva Turan Qurultayının bağlanışında Türk dünyasına Qarabağ çağırışı edib-


Millət vəkili Q.Paşayeva Türkiyənin bələdiyyə sədrləri, universitet və təşkilat rəhbərləri ilə Qarabağ həqiqətlərinin daha geniş yayılması istiqamətində müzakirələr aparıb.



Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Q.Paşayeva Macarıstanda Turan Qurultayının bağlanışında bütün Türk dövlət və toplumlarına Qarabağ çağırışı edib: “Türk Dünyası aydınlarına, şair, yazar və KİV-lərinə səslənərək, topluma örnək olaraq, bugünki və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq. Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq”-, deyib. Bu gün Türk dünyasının müxtəlif bölgələrində Türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili: “Güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik”-deyib. Q.Paşayeva bildirib ki, qardaşlıq yaxşı gündə də, çətin gündə də birlikdə olmaqdır. O, Azərbaycan xalqının hər zaman qardaş Türk dövlət və toplumlarının yanında olduğunu da xüsusi vurğulayıb. Q. Paşayeva çıxışında Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən də danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq, hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır: “Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq.”-, deyə millət vəkili onları daha da fəal olmağa çağırıb. Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva çıxışını “İnşallah, gələnn Turan Qurultayını birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil. Bütün Türk, müsəlman çoğrafiyasında yaşayan, bu gün acı və kədər içində olan qardaş-bacılarımıza dəstək olmalıyıq və mən sizi bu gün Suriyada Bayırbucakda, İraqda Təlafər, Kərkükdə, Krımda, Axısxada, Qarabağda, harada əziyyət çəkən insanımız varsa onlara hər zaman əlinizdən gələn köməyi əsirgəməməyə çağırıram”-, deyərək bitirib. Macarıstanda keçirilən Turan Qurultayı çərçivəsində millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Adana Böyük Şəhər bələdiyyəsinin sədri Hüseyn Sözlü ilə görüşüb. İki qardaş ölkə Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan bölgələri ilə Adana arasında da bu əlaqələrin getdikcə daha genişlənməsinin vacibliyini qeyd edib. “Türkiyənin uğuru Azərbaycanın, Azərbaycanın uğuru isə Türkiyənin uğurudur. Ümumilli Lider Heydər Əliyevin də dediyi kimi biz bir millət iki dövlətik”-deyən millət vəkili bələdiyyə başqanı ilə söhbət zamanı Azərbaycanın qanayan yarası Dağlıq Qarabağ problemindən geniş danışıb. Azərbaycanı Türkiyə qədər sevdiyini deyən Adana Büyükşehir bələdiyyəsinin sədri Hüseyn Sözlü Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət etdiyini deyərək qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını deyib. Qarabağ problemi, Xocalı ağrısı hər zaman bizim də problemimiz və ağrımızdır deyən Adana Büyükşehir bələdiyyəsinin sədri Hüseyn Sözlü hər zaman qardaş Azərbaycanın yanındayıq deyib. Görüşdə Türk birliyinin gücləndirilməsi istiqamətində layihələr ətrafında önəmli müzakirələr də aparılıb. Millət vəkili Bursa Uludağ universitetinin rektor yardımçısı Mehmet Yüce ilə də görüşüb. Azərbaycan, Qarabağ həqiqətlərinin daha geniş yayılması ilə bağlı Bursa Uludağ universitetində həyata keçirə biləcək layihələr ətrafında geniş fikir mübadiləsi olub. Millət vəkili Türk Dünyası Araşdırmalar Vəqfinin rəhbəri Közhan Yazqan ilə də görüşüb və Türk Dünyası ilə bağlı yeni layihələr ətrafında geniş fikir mübadiləsi olub. Millət vəkili eyni zamanda Turan Qurultayı çəçivəsində Türkiyədən gəlmiş aydınlar, alimlər gənc fəallar, TİKA rəsmiləri ilə də görüşüb, Türk birliyinin güclənməsi istiqamətində layihələr ətrafında geniş fikir mübadiləsi olub. Millət vəkili Q.Paşayeva Türkiyədən gəlmiş jurnalistlərə də müsahibə verib, Azərbaycan, Qarabağ həqiqətləri, Azərbaycanın iqtisadi imkanları, turizm potensialı, qadınların cəmiyyətdə rolu, Azərbaycanın Türk dövlət və toplumlarının birliyi istiqamətində gördüyü işlər, bu birliyə verdiyi dəyər, Türk dövlət və toplumları ilə münasibətlərinə dair sualları cavablandırıb. Millət vəkili Q.Paşayeva, ATXƏM sədri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü İlham İsmayıl, ATXƏM-in icra katibi, “Birlik” jurnalının baş redaktoru İlqar İlkin , Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova, tibb elmləri doktoru Məlahət Qəhrəmanova , iş qadını Pərvanə Mustafayevanın da iştirak etdiyi Turan Qurultayı bağlanış mərasimi ilə sona enib. Bağlanış mərasimində Azərbaycanın tanınmış sənətçiləri əməkdar artist Nuriyyə Hüseynova və Şəmistan Əlizamanlının iştirakı ilə möhtəşəm konsert keçirilib və konsert alqışlarla qarşılanıb.

Qənirə Paşayeva Turan Qurultayının bağlanışında Türk dünyasına Qarabağ çağırışı edib-


Qənirə Paşayeva Turan Qurultayının bağlanışında Türk dünyasına Qarabağ çağırışı edib-

Qənirə Paşayeva Turan Qurultayının bağlanışında Türk dünyasına Qarabağ çağırışı edib-

Qənirə Paşayeva Turan Qurultayının bağlanışında Türk dünyasına Qarabağ çağırışı edib-

Qənirə Paşayeva Turan Qurultayının bağlanışında Türk dünyasına Qarabağ çağırışı edib-

Qənirə Paşayeva Turan Qurultayının bağlanışında Türk dünyasına Qarabağ çağırışı edib-

Qənirə Paşayeva Turan Qurultayının bağlanışında Türk dünyasına Qarabağ çağırışı edib-

Qənirə Paşayeva Turan Qurultayının bağlanışında Türk dünyasına Qarabağ çağırışı edib-

Qənirə Paşayeva Turan Qurultayının bağlanışında Türk dünyasına Qarabağ çağırışı edib-

Qənirə Paşayeva Turan Qurultayının bağlanışında Türk dünyasına Qarabağ çağırışı edib-

Qənirə Paşayeva Turan Qurultayının bağlanışında Türk dünyasına Qarabağ çağırışı edib-





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Deputat Əsabil Qasımov iş adamına milyonlarla ziyan vurub-

Deputat Əsabil Qasımov iş adamına milyonlarla ziyan vurub- ŞİKAYƏT

Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib

Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib

Metropolitendən Əcəmi stansiyasını su basması ilə bağlı

Metropolitendən Əcəmi stansiyasını su basması ilə bağlı AÇIQLAMA

Sürücülərin diqqətinə:

Sürücülərin diqqətinə: paytaxtın bu küçələrində yağışla əlaqədar sıxlıq var

Bu günlərə olan faktiki  hava şəraiti haqqında məlumat

Bu günlərə olan faktiki hava şəraiti haqqında məlumat

Həsən Ruhani İrandakı teraktda ABŞ izi haqda:

Həsən Ruhani İrandakı teraktda ABŞ izi haqda: Peşiman olacaqlar

Bakı yenə yağış suları altında qaldı-

Bakı yenə yağış suları altında qaldı- VİDEO+FOTO

Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutuldu

Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutuldu

Azərbaycana payız gəldi

Azərbaycana payız gəldi

Türkiyənin məşhur müğənnisi Bakıda konsert verəcək

Türkiyənin məşhur müğənnisi Bakıda konsert verəcək

"Vikipediya”da Raquf Orucov haqqında ingilis dilində məqalə yaradılıb

Cahangir Əsgərov ailə holdinqinin rəhbərini dəyişdi:

Cahangir Əsgərov ailə holdinqinin rəhbərini dəyişdi: AZAL prezidentindən 400 milyon tələb olunur

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur