Şəhid qızını vurub öldürən biznesmen oğlu həbsxanadan çıxdı

Xəbərin çap versiyası
Tarix: 17-08-2018, 19:08    |    Xəbər oxunub: 695 dəfə
Şəhid qızını vurub öldürən biznesmen oğlu həbsxanadan çıxdı


Şəhid qızını maşınla vurub öldürən iş adamımın oğlunun cəzası dəyişdirilib. Məlumata görə iş adamının oğlu azadlığa buraxılıb.



Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən qəza törətməkdə təqsirləndirilən 17 yaşlı Rəhimov Rəhim Akif oğlu aldığı cəzadan apellyasiya şikayəti üzrə məhkəmə iclası Bakı Apellyasiya Məhkəməsində baş tutub.

Məhkəmə Rəhim Rəhimovun cəzasının qalan hissəsini məntəqə tipli islah müəssisəsində keçirməsini qərara alıb.

Vəkil Muxtar Mustafayev musavat.com-a bunu təsdiqləyib.

O bildirib ki, bu qərar R.Rəhimovun azadlığa buraxılması kimi qiymətləndirilməməlidir: “Rəhim Rəhimova istintaqda hadisə yerindən qaçmaq ittihamı da verilmişdi. Amma bu ittihamın doğru olmadığını sübut etdik. Hadisədə Rəhimin günahı yox idi. Allah ölənə rəhmət eləsin. Piyada keçidi olan ərazidən yolu keçərkən, yağışlı havada belə qəza baş verib. Biz təbii ki, buna təəssüflənirik. Zərərçəkmiş tərəflə də barışıq olub. Məhkəmə də bütün bunları nəzərə aldı”.

Xatırladaq ki, R. Rəhimov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmişdi.

R.Rəhimovun ittiham olunduğu hadisə yerindən qaçma maddəsi ilə hökmdən xaric edilib. Məhkəmə onun hadisə yerindən qaçmadığı qənaətinə gəlib. O yalnız sürücülük vəsiqəsi olmadan idarə etdiyi maşınla 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirli bilinib.

İttihama görə R.Rəhimov ölümlə nəticələnən qəza törətmə və hadisə yerindən qaçmaqda təqsirləndirilirdi.

R.Rəhimov Bakı Dövlət Universitetinin tələbəsi olub. Hadisə ötən il noyabrın 8-də Səbail rayonu ərazisində, “Bayraq meydanı”nın yanında baş verib.

R.Rəhimov “Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurub və piyada vəfat edib. Sürücü isə hadisə yerindən qaçıb.

R.Rəhimovun vəkilləri məhkəmədə bildirib ki, mərhum piyada keçidi okduğu halda oradan istifadə etməyib. Havanın da yağışlı olması belə qəzaya səbəb olub.

Cinayət Məcəlləsinin 263-1.3 (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham edilən R.Rəhimov 21 gün sonra, noyabrı 29-da şübhəli şəxs qismində tutulub. Onun könüllü olaraq polisə təslim olduğu da deyilir.

3 uşaq anası olan mərhum Könül Əkbərova şəhid Elton Əkbərovun qızıdır. Həbs edilən R.Rəhumov iş adamı Akif Rəhimovun oğludur. Akif Rəhimov “Xırdalan Xəz” ATSC-nin rəhbəri, qardaşı Məmməd Rəhimov isə “Yeganə” şadlıq sarayının sahibidir. (minval.info)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Əflatun Amaşovdan Fuad Abbasovun saxlanılmasına münasibət

Əflatun Amaşovdan Fuad Abbasovun saxlanılmasına münasibət

XİN:

XİN: Ermənistan "Arsenal"ın erməni futbolçusundan öz təxribatçı məqsədləri üçün istifadə edir

Zelenski Ali Radanı buraxmaq səbəbini açıqladı

Zelenski Ali Radanı buraxmaq səbəbini açıqladı

Hesablama Palatasına yüksək səlahiyyət verilir

Hesablama Palatasına yüksək səlahiyyət verilir

Avropa İttifaqının nümayəndələri Mingəçevir şəhərində tvininq layihəsinin nəticələri ilə tanış olublar

Avropa İttifaqının nümayəndələri Mingəçevir şəhərində tvininq layihəsinin nəticələri ilə tanış olublar

Deputat:

Deputat: "Statistika Komitəsinin sədri bazara gedir ya yox?"

Ermənistan əsir və girovların dəyişdirilməsi təklifinə cavab verib

Ermənistan əsir və girovların dəyişdirilməsi təklifinə cavab verib

Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə «Azərbaycana baxış: siyasi maraqlar media müstəvisində» mövzusunda «dəyirmi masa» keçirilib

Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə «Azərbaycana baxış: siyasi maraqlar media müstəvisində» mövzusunda «dəyirmi masa» keçirilib

Meriya vətəndaşların

Meriya vətəndaşların "Tarqovı"ya girişinin qadağan edilmə xəbərinə reaksiya verdi

Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın yeni tərkibdə ilk iclası keçirilib

Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın yeni tərkibdə ilk iclası keçirilib

Şəkidə Beynəlxalq Keramika Simpoziumunun açılış mərasimi baş tutub-

Şəkidə Beynəlxalq Keramika Simpoziumunun açılış mərasimi baş tutub- FOTOLAR

Sabunçu bazarında yanğın -

Sabunçu bazarında yanğın - FOTOLAR

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur