Vaqif Abdullayev vətəndaşı təhqir etdi- səyyar qəbulda gərgin anlar

Xəbərin çap versiyası
Tarix: 20-08-2018, 13:51    |    Xəbər oxunub: 691 dəfə
Vaqif Abdullayev vətəndaşı təhqir etdi-


Beyləqan rayonunun icra başçısı Vaqif Abdullayevin 16.08.2018-ci tarixində Əlnəzərli kəndində keçirdiyi səyyar qəbul zamanı gərgin anlar yaşanıb.



Bu barədə məlumatı Azinforum.az-a həmin rayondakı mənbələr verib. Onların sözlərinə görə, belə qəbullar bütün rayonlarda keçirilir və məqsəd kənd sakinlərinin problemlərini dinləmək, ortaya çıxan məsələləri operativ şəkildə həll etməkdən ibarətdir:

“Ancaq rayonun icra başçısı dərdini söyləyən vətəndaşlarla kobud rəftar edib ki, bu da ciddi qarşıdurmaya səbəb olub. Belə ki, kənd sakini Azər Əliyev problemini söyləyərkən Vaqif Abdullayev onun ünvanına naliyiq ifadə işlədib. Buna Azər Əliyevin adekvat cavab verməsi başçını lap özündən çıxarıb və o, polis rəisinə Azəri həbs etməyə dair göstəriş verib. Sonra anlayıb ki, səyyar qəbul zamanı belə hadisənin baş verməsi onun öz reputasiyasına mənfi təsir edə bilər. Buna görə də, polis rəisinə “dərinə getməməyi” tapşırıb”.

Qeyd edək ki, Beyləqan rayonunda icra başçısı ilə vətəndaşlar arasındakı münasibətlərin həttə əlbəyaxa dava həddinə çatmasına dair indiyə kimi KİV-lərdə kifayət qədər məlumatlar yayılıb. Əlnəzərli kəndində yaşanan insidenti aydınlaşdırmaq üçün rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq, lakin heç kim bu məsələni şərh etmək istəmədi.

Yazıda adları çəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Türkiyənin məşhur müğənnisi Bakıda konsert verəcək

Türkiyənin məşhur müğənnisi Bakıda konsert verəcək

"Vikipediya”da Raquf Orucov haqqında ingilis dilində məqalə yaradılıb

Cahangir Əsgərov ailə holdinqinin rəhbərini dəyişdi:

Cahangir Əsgərov ailə holdinqinin rəhbərini dəyişdi: AZAL prezidentindən 400 milyon tələb olunur

Yanmış ağaclarla bağlı polisə müraciət olunub

Yanmış ağaclarla bağlı polisə müraciət olunub

Birincilər Dövlət Komitəsinə ekskursiya edilbər

Birincilər Dövlət Komitəsinə ekskursiya edilbər

Hatayda Yayladağında Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq

Hatayda Yayladağında Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq

Tanınan aktyor təhsil nazirinə müraciət etdi:

Tanınan aktyor təhsil nazirinə müraciət etdi: “...Siz də məsuliyyət daşıyırsınız!”

Elektrovoz relsdən çıxdı:

Elektrovoz relsdən çıxdı: Bakıya gələn qatarlar gecikir, sərnişinlərin halı pisləşib

İranda hərbi parad zamanı terror:

İranda hərbi parad zamanı terror: 10 hərçi ölüb, 21 yaralı var-YENİLƏNİB+VİDEO

İstirahət günlərinə gözlənilən hava proqnozu

İstirahət günlərinə gözlənilən hava proqnozu

Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlandı

Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlandı

ETSN Xaçmazda növbəti dəfə reyd keçirib

ETSN Xaçmazda növbəti dəfə reyd keçirib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur