Qondarma Talış Milli Hərəkatının sədri Moskvada həbs edildi


Qondarma Talış Milli Hərəkatının sədri Moskvada həbs edildi


Sentyabrın 6-da Moskvanın Lübertsı rayon polisinin əməkdaşları tərəfindən Azərbaycanın beynəlxalq axtarışa verdiyi Fəxrəddin Abbasov (Aboszoda) saxlanılıb. Ona qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 281.2, 283.1 maddələri üzrə ittiham irəli sürülüb.

Sentyabrın 7-də Moskva vilayəti Lübertsı şəhər məhkəməsinin hakimi İ.A.Juravlyova Abbasovun Azərbaycan tərəfinə təhvil verilməsi məqsədilə onun barəsində 1 ay müddətinə həbs cəzası hökmü çıxarıb.

Qeyd olunur ki, F.Abbasov barəsində cinayət işi 2018-ci ilin iyul ayının 12-də Bakı şəhəri Səbail rayon məhkəməsi tərəfindən başlanıb. İyulun 14-də onun barəsində 4 ay müddətinə həbs qərarı verilib. Abbasov beynəlxalq axtarışa verilib.

Fəxrəddin Abbasov 1956-cı ildə Lerik rayonunda anadan olub. 1993-cü ilin yayında qondarma “Talış Muğan Respublikası”nın “parlament sədri” seçilib. 1994-cü ildə Azərbaycanı tərk edib və Rusiyada yaşamağa başlayıb. 2005-ci ildə Azərbaycana qayıdaraq talış dilində “Şavnışt” qəzetini dərc edib və az sonra yenidən Rusiyaya qayıdıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu