İcarə haqqını internetlə ödəmək mümkün oldu- ölkədə ilk dəfə

Xəbərin çap versiyası
Tarix: 13-09-2018, 11:50    |    Xəbər oxunub: 507 dəfə
İcarə haqqını internetlə ödəmək mümkün oldu-


Dövlət əmlakının istifadəsi ilə bağlı icarə haqqını ödəmək məqsədilə banklara getməyə ehtiyac yoxdur. Bunun üçün internetə çıxışın olması kifayətdir. Belə ki, fiziki və hüquqi şəxslər plastik kart vasitəsilə icarə borcunu onlayn qaydada ödəyə bilər. Söhbət Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yaradılan “Dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcunun ödənilməsi” elektron xidmətindən gedir. Əlavə ödəniş tələb etməyən sistem vətəndaşlara vaxt qazandırmaqla bərabər, ən müasir və çevik ödəmələrin aparılmasına şərait yaradır. Eləcə də ödəniş prosesində şəffaflıq və səmərəliliyi təmin edir.



Bu interaktiv ödəniş xidmətindən fiziki və hüquqi şəxslər, dövlət orqanları və bələdiyyələr istifadə edə bilər. Qeyd edilməlidir ki, müvafiq sistem vasitəsilə dövlət əmlakının icarə haqqı və ya müamilə borclarının öyrənilməsi də mümkündür.

Adı çəkilən elektron xidmətdən istifadə etmək üçün Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidmətlər portalına (www.e-emdk.gov.az) daxil olmaq lazımdır. Mövcud xidmətlər siyahısından 37-ci bölmədə yerləşən “Dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcunun ödənilməsi” elektron xidməti seçilir. Açılan yeni pəncərədən göstərilən 3 rekvizitdən biri o cümlədən sənəd nömrəsi, qeydiyyat nömrəsi və ya dövlət əmlakının icarəyə verilməsi zamanı istifadəçi ilə bağlanılmış müqavilə üzrə ona təqdim edilmiş “İcarəçinin kodu” elektron müraciət formasına daxil edilir. Dövlət əmlakı ilə bağlı icarə borcunu öyrənən istifadəçi ödə düyməsini sıxaraq ödənişi onlayn qaydada həyata keçirir. İstifadəçi “İstifadə təlimatı” və ya “Reqlament” faylını yükləyərək elektron xidmətdən istifadə qaydaları ilə tanış ola bilər.

Bundan başqa 9193 SMS xidməti vasitəsilə də vətəndaşlar icarə haqqı və ya müamilə borclarını da öyrənə bilərlər.

Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşların dövlət rüsumları, xidmət haqları eləcə də əmlakla bağlı digər ödənişləri rahat üsullarla həyata keçirməsi üçün müasir və sürətli idarəetməni təmin edir. Həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində bu sahə tam elektronlaşdırılır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Türkiyənin məşhur müğənnisi Bakıda konsert verəcək

Türkiyənin məşhur müğənnisi Bakıda konsert verəcək

"Vikipediya”da Raquf Orucov haqqında ingilis dilində məqalə yaradılıb

Cahangir Əsgərov ailə holdinqinin rəhbərini dəyişdi:

Cahangir Əsgərov ailə holdinqinin rəhbərini dəyişdi: AZAL prezidentindən 400 milyon tələb olunur

Yanmış ağaclarla bağlı polisə müraciət olunub

Yanmış ağaclarla bağlı polisə müraciət olunub

Birincilər Dövlət Komitəsinə ekskursiya edilbər

Birincilər Dövlət Komitəsinə ekskursiya edilbər

Hatayda Yayladağında Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq

Hatayda Yayladağında Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq

Tanınan aktyor təhsil nazirinə müraciət etdi:

Tanınan aktyor təhsil nazirinə müraciət etdi: “...Siz də məsuliyyət daşıyırsınız!”

Elektrovoz relsdən çıxdı:

Elektrovoz relsdən çıxdı: Bakıya gələn qatarlar gecikir, sərnişinlərin halı pisləşib

İranda hərbi parad zamanı terror:

İranda hərbi parad zamanı terror: 10 hərçi ölüb, 21 yaralı var-YENİLƏNİB+VİDEO

İstirahət günlərinə gözlənilən hava proqnozu

İstirahət günlərinə gözlənilən hava proqnozu

Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlandı

Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlandı

ETSN Xaçmazda növbəti dəfə reyd keçirib

ETSN Xaçmazda növbəti dəfə reyd keçirib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur