Azərbaycan XİN: “Paşinyanın yeganə məqsədi danışıqlar prosesini pozmaqdan ibarətdir”

Xəbərin çap versiyası
Tarix: 13-09-2018, 12:50    |    Xəbər oxunub: 619 dəfə
Azərbaycan XİN:


Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdəki çıxışına münasibət bildirib.



H.Hacıyev deyib: “Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin danışıqlar masasına gətirilməsi barədə iddialarının yeganə məqsədi danışıqlar prosesini pozmaqdan ibarətdir. Gücdən istifadə edərək Azərbaycan ərazilərinin hərbi işğalının davam etdirilməsinə görə məsuliyyət daşıyan tərəf Ermənistandır. İşğal faktına görə beynəlxalq hüquqi məsuliyyət münaqişə tərəfi kimi Ermənistanın üzərinə düşür. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə görə, Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmayana qədər Ermənistan bu məsuliyyətdən qaça bilməz”.

XİN-in mətbuat xidmətinin rəhbəri bildirib ki, N.Paşinyanın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki erməni əhalisinə “Dağlıq Qarabağ xalqı” deyə müraciət etməsi tamamilə əsassız və absurddur. “ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təqdim olunan və hazırda müzakirə edilən bütün sənədlərdə Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin əhalisi kimi erməni və azərbaycanlı icmaları müəyyən edilib. Ziddiyyətli açıqlamalarla çıxış etmək əvəzinə Ermənistanın baş nazirinə həmin sənədləri oxumağı, xüsusilə münaqişənin həlli ilə əlaqədar savadını artırmağı tövsiyə edirik. Bu kimi təxribat xarakterli və ziddiyyətli açıqlamalarla çıxış edərək, vəziyyətin gərginləşdirilməsinə və danışıqlar prosesinin pozulmasına görə məsuliyyət birbaşa Ermənistanın baş nazirinin üzərinə düşür”, - deyə H.Hacıyev vurğulayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Prezident bu şəxslərin pensiyasını artırdı

Prezident bu şəxslərin pensiyasını artırdı

“Laçın” Ticarət Mərkəzinin sahibinin oğluna hökm oxunub

“Laçın” Ticarət Mərkəzinin sahibinin oğluna hökm oxunub

Fuad Poladovun 71 illiyinə

Fuad Poladovun 71 illiyinə

Balans Studiyası Tofiq Tağızadənin 100 illiyinə “Mateo Falkone” filmini bərpa etdi-

Balans Studiyası Tofiq Tağızadənin 100 illiyinə “Mateo Falkone” filmini bərpa etdi- FOTOLAR

“Nar” aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur

“Nar” aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur

Ermənistan ordusu Azərbaycan müdafiə nazirinə atəş açmaq istəyib?-

Ermənistan ordusu Azərbaycan müdafiə nazirinə atəş açmaq istəyib?- AÇIQLAMA

Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər

Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər

"Tural Mirzəliyev məktəb direktoru ampluasından çıxmış biridir"- Mətbuat Şurası rəsmisindən açıqlama

"Yeni Yasamal" MTK işində "Şərurlu İsfəndiyar" necə peyda oldu?- Zərərçəkmişlər: "Bizə deyir pul verin..."

Kişi arvadından polisə şikayət etdi:

Kişi arvadından polisə şikayət etdi: “Məni döyür”

Bu gün ETSN işçilərinin peşə bayramıdır

Bu gün ETSN işçilərinin peşə bayramıdır

Deputat Rüfət Quliyev Lənkəran hava limanını Rusiyaya icarəyə verməyi təklif etdi

Deputat Rüfət Quliyev Lənkəran hava limanını Rusiyaya icarəyə verməyi təklif etdi

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur