ADU-ya qəbul olmuş tələbə və magistrların sayı açıqlanıb


ADU-ya qəbul olmuş tələbə və magistrların sayı açıqlanıb


2018/2019-cu tədris ili üçün Azərbaycan Dillər Universitetinə (ADU) qəbul olmuş tələbə və magistrların sayı açıqlanıb.



ADU-nun Sənəd Qəbulu Komissiyasının məsul şəxsi Məmməd İsmayılov bildirib ki, Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi qəbul imtahanlarında 1432 abituriyent Azərbaycan Dillər Universitetinin bakalavriat, 242 tələbə isə magistratura pilləsinə qəbul olub.

1432 abituriyentdən 527 nəfər 401-500 bal, 289 nəfər 501-600, 296 nəfər isə 600 baldan yuxarı nəticə göstərib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu