Kamal Abdullayev Nardaran məktəblilərinə mühazirə oxuyacaq


Kamal Abdullayev Nardaran məktəblilərinə mühazirə oxuyacaq


Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdullayev ənənəsinə sadiq qalaraq ötən illərdə olduğu kimi bu il 15 sentyabr Bilik günündə orta məktəbdə şagirdlərə mühazirə oxuyacaq.



Yeni tədris ilində akademik K.Abdullayevin mühazirə oxuyacağı məktəb Prezident İlham Əliyevin yeni açılışını etdiyi Nardaran qəsəbə 295 saylı orta məktəbdir. Yaxın gələcəkdə reallaşacaq bir neçə proyektin gerçəkləşməsində ADU ilə əməkdaşlıq edən, bu il əsaslı təmir və yenidənqurmadan sonra qəsəbə sakinlərinin istifadəsinə verilən 295 saylı orta məktəb həm maddi texniki bazasının zənginliyi, həm də son illərdə qazandığı nailiyyətlərlə ölkəmizin seçilən təhsil ocaqlarından birinə çevrilib. Akademik Kamal Abdullayevin mühazirəsi “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda olacaqdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu