“Girovların dəyişdirilməsi tərəflər arasında etimad mühiti yarada bilər”- Əhməd Şahidov ATƏT-in Varşava Sammitində Ermənistan rəsmisinə müraciət edib

Xəbərin çap versiyası
Tarix: 13-09-2018, 17:12    |    Xəbər oxunub: 561 dəfə
“Girovların dəyişdirilməsi tərəflər arasında etimad mühiti yarada bilər”-


Sentyabrın 10-da Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkil etdiyi illik Sammiti öz işinə başlayıb. Tədbirdə ATƏT üzvü olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak ediblər.





Sentyabrın 13-də “Qanunun aliliyi: qanunsuz həbs və işgənclərə qarşı mübarizə, antiterror fəaliyyəti”mövzusunda keçirilən müzakirələrdə yaxından iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd ŞahidovAzərbaycanın üzləşdiyi Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib, münaqişə dövründə əsir və girov götürülmüş vətəndaşlarla bağlı statistik məlumatları bölüşüb və hazırda yüzlərlə azərbaycanlının qanunsuz olaraq, Ermənistanda və işğal olunmuş Dağlıq Qarabağ ərazisində girov saxlanıldığını, onların bəziləri barədə heç bir məlumatın olmadığını bildirib: “Bugün 3875 nəfər azərbaycanlı Ermənistan tərəfində girov saxlanılır. Onlardan 3168 nəfəri hərbçi, 707 nəfəri isə mülki şəxslərdir. Bu şəxslər 1991-1994-cü illərdə girov götürülmüş şəxslərdir. Həmin şəxslər qeyri-qanuni istismara və işgəncələrə məruz qalır, insan alverinin qurbanına çevrilirlər. Zaman-zaman bizə bu haqda dəqiqləşdirilməmiş məlumatlar daxil olmaqdadır. Rəsmi Yerevan isə bu məlumatları bugün də təkzib edir və müstəqil müşahidəçilərin azərbaycanlı girovlarla görüşməsinə icazə vermir.”

“Girovların dəyişdirilməsi tərəflər arasında etimad mühiti yarada bilər”-


Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılması məsələsinə toxunan hüquq müdafiəçisi Əhməd Şahidov Ermənistanın beynəlxalq qanunlara əməl etmədiyini və BMT-nin Cenevrə Konvensiyasının tələblərini kobud surətdə pozduğunu bildirib. Ermənistanın bu siyasətə son qoymasını tələb edən ADİHİ rəhbəri azərbaycanlı mülki girovların erməni hərbi diversantlarla dəyişdirilməsinin tərəflər arasında etimad mühiti yarada biləcəyini də xüsusi vurğulayıb: “Azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyev artıq 5 ildir ki, qeyri-qanuni olaraq həbsdədirlər, Ermənistan tərəfi onları faktiki olaraq, girov saxlayır. Bu müddət ərzində biz dəfələrlə beynəlxalq platformalarda bu barədə məsələ qaldırmışıq, Ermənistan tərəfinə müraciətlər etmişik. Əfsuslar olsun ki, Ermənistan hökuməti beynəlxalq qanunvericiliyin tələblərinə məhəl qoymur. Bugün Azərbaycanda 2 erməni hərbi diversant həbsdədir. Arsen Baqdasaryan və Karen Kazaryan müxtəlif vaxtlarda təmas xəttini keçərək, Azərbaycan tərəfində müxtəlif xarakterli təxribatlar törətməyə cəhd göstəriblər və Azərbaycan əsgərləri tərəfindən saxlanılıblar. Düşünürəm ki, Ermənistanın yeni hökuməti məsələyə daha praqmadik yanaşacaq və girovların dəyişdirilməsinə müsbət cavab verəcək. Çünki, bu, ilk növbədə münaqişə tərəfləri arasında etimad mühitinin yaranmasına gətirib çıxara bilər”.

“Girovların dəyişdirilməsi tərəflər arasında etimad mühiti yarada bilər”-


PS. ATƏT üzvü olan ölkələrin qatıldığı İnsani Dəyərlərin Tətbiqi Müşavirəsi Avropada hər il keçirilən ən böyük insan haqları və demokratiya konfransıdır. Hər il ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisi tərəfindən təşkil olunan bu toplantı ATƏT üzvü olan 57 ölkə, Əməkdaşlıq üzrə ATƏT Tərəfdaşları, ATƏT-in müxtəlif strukturları, vətəndaş cəmiyyəti institutları, beynəlxalq təşkilatlar və digər müvafiq şəxslərin bir araya toplaşdığı, ATƏT-in insan haqları üzrə vəzifələrinin qiymətləndirildiyi, habelə mövcud problemlərin müzakirə edildiyi, faydalı təcrübələrin paylaşıldığı və gələcək inkişaf üçün qərarların verildiyi yeganə platformadır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Türkiyənin məşhur müğənnisi Bakıda konsert verəcək

Türkiyənin məşhur müğənnisi Bakıda konsert verəcək

"Vikipediya”da Raquf Orucov haqqında ingilis dilində məqalə yaradılıb

Cahangir Əsgərov ailə holdinqinin rəhbərini dəyişdi:

Cahangir Əsgərov ailə holdinqinin rəhbərini dəyişdi: AZAL prezidentindən 400 milyon tələb olunur

Yanmış ağaclarla bağlı polisə müraciət olunub

Yanmış ağaclarla bağlı polisə müraciət olunub

Birincilər Dövlət Komitəsinə ekskursiya edilbər

Birincilər Dövlət Komitəsinə ekskursiya edilbər

Hatayda Yayladağında Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq

Hatayda Yayladağında Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq

Tanınan aktyor təhsil nazirinə müraciət etdi:

Tanınan aktyor təhsil nazirinə müraciət etdi: “...Siz də məsuliyyət daşıyırsınız!”

Elektrovoz relsdən çıxdı:

Elektrovoz relsdən çıxdı: Bakıya gələn qatarlar gecikir, sərnişinlərin halı pisləşib

İranda hərbi parad zamanı terror:

İranda hərbi parad zamanı terror: 10 hərçi ölüb, 21 yaralı var-YENİLƏNİB+VİDEO

İstirahət günlərinə gözlənilən hava proqnozu

İstirahət günlərinə gözlənilən hava proqnozu

Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlandı

Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlandı

ETSN Xaçmazda növbəti dəfə reyd keçirib

ETSN Xaçmazda növbəti dəfə reyd keçirib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur