Bakı metrosunda həyəcanlı anlar: qatar tuneldə qaldı


Bakı metrosunda həyəcanlı anlar:


Bir qədər əvvəl "Bakı Metropoliteni" QSC-nin "Xətai” və "Cəfər Cabbarlı” stansiyaları arasında hərəkət edən qatar tuneldə qalıb.



AFN xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Report”a bildirib ki, ləngimə, təxminən, 20 dəqiqə davam edib:

"Ayda 2 dəfə metronun diaqnostika kompleksi dəmir yolu xətlərini yoxlayır. Bu dəfə kompleksi saat 10:53-də xəttə buraxılıb. Yoxlama zamanı həmin xətt üzrə hərəkət edən qatar dalana verilib. Bu proses, təqribən, 10-12 dəqiqə çəkir. Amma dalana verilən qatarda nasazlıq aşkar edildiyindən xəttə ehtiyat qatar buraxılıb. Bu stansiyalar arasındakı interval 8 dəqiqədir. Hadisə nəticəsində intervalla birgə fasilə 20 dəqiqəyə çatıb”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu