Dilçi alimlər niyə müzakirələrdən kənarda qalıb?- Orfoqrafiya Komissiyasının “dəyişiklik”lərinə əks reaksiya

Xəbərin çap versiyası
Tarix: 14-09-2018, 16:14    |    Xəbər oxunub: 686 dəfə
Dilçi alimlər niyə müzakirələrdən kənarda qalıb?-


Orfoqrafiya Komissiyasının bəzi sözlərin dəyişdirilməsi ilə bağlı verdiyi yekun qərar birmənalı qarşılanmayıb.



AFN BakuPost.az-a istinadən xəbər verir ki, komissiyanın dəyişdirilməsinə qərar verdiyi sözlərin əvvəlcədən də dilimizdə belə yazılması müzakirə olunur. Məsələn, yeni qaydalara əsasən, fəxri adların özək hissəsini təşkil edən ilk söz böyük hərflə, sonrakı söz kiçik hərflə yazılacaq: Xalq şairi. Halbuki bu vaxta kimi də orfoqrafiya qaydaları bunu tələb edirdi.

Anti... ön şəkilçisi və trans..., proto... morfemlərinin xüsusi isimlərlə birləşməsi qaydası da dəyişdirilib. Bundan sonra ön şəkilçi və mürəkkəb sözlərin hissəcikləri xüsusi isimlərlə birləşdiyi zaman defislə ayrılır və xüsusi isimlər böyük hərflə başlayır.

Təklif olunan variant: anti-Rusiya, trans-Asiya, trans-Avropa, trans-Avrasiya, trans-Qafqaz, proto-Azərbaycan və s.-dir. Orfoqrafiya qaydaları ilə bu birləşmələr bu vaxta kimi təklif olunan variantla yazılırdı.

Bundan başqa, komissiya Roma rəqəmlərindən sonra şəkilçinin yazılmamasını təklif edib. Yəni beşinci – V, onuncu – X və s. yazılacaq. Roma rəqəmindən sonra bu vaxta kimi -cı, -ci, -cu, -cü şəkilçisi yazılmayıb. Bu orfoqrafik qaydalar məktəblərdə ən aşağı sinif şagirdlərinə belə tədris olunur.

Daha bir müzakirəli məsələ mənbə dildə sonu qoşa samitlə bitən iki və ya çoxhecalı sözlərin bir samitlə yazılması ilə bağlı təklidir. Yeni təklifə görə, kiloqram, metal, mühüm, sərhəd sözlərinin sonunda iki samit yox, bir samit yazılmalıdır. Sual yaranır: bu vaxta kimi bu sözləri orfoqrafik qaydaları bilən şəxslərdən kim iki samitlə yazırdı?

Dilçi alimlər niyə müzakirələrdən kənarda qalıb?-


BakuPost-un əməkdaşı müzakirələrlə bağlı filologiya elmləri doktoru Qulu Məhərrəmlinin fikirlərini öyrənib. Dilçi-alim açıqlamasında bildirib ki, bu məsələlər müzakirələrin hansı səviyyədə aparılmasından xəbər verir. Bu bəsit orfoqrafik qaydaları 10-11-ci sinif şagirdlərinin belə bildiyini xatırladan Q. Məhərrəmli ictimai qınağın öz nəticəsini verdiyini deyib: "Bilirik ki, Roma rəqəmindən sonra heç vaxt şəkilçi qoyulmayıb, mühüm sözü də heç vaxt iki m-lə yazılmayıb. Bunlar 100 ildir, Azərbaycan dilində var. Müzakirələrin nəticəsi olaraq bu kimi şeylərin ortaya çıxması istər-istəməz işin hansı səviyyədə görülməsindən xəbər verir”.

Buna baxmayaraq, Q.Məhərrəmli ümumilikdə müzakirələri normal qiymətləndirib və dilə təhlükəli ola biləcək təkliflərinin heç birinin qəbul edilmədiyini deyib: "Bir çox təkliflər var idi ki, onlar Azərbaycan dilinin təbiətinə yad idi. Yaxşı ki, onlar qəbul olunmadı. Xüsusən 37-ci maddədəki iki "y” hərfinin birinin ixtisar olunması məsələsi. Bu, ümumiyyətlə ağılasığan bir şey deyildi.

Bundan başqa, vaxtilə apastrofla yazılmış sözlərin yanlış olaraq hecalara bölünməsi məsələsi. Bu təkliflər qəbul olunmadı. Ona görə demək olar ki, bütövlükdə müzakirələr də normal idi, qəbul olunan qərarlar da Dəyişikliklər Azərbaycan dilini zədələmir. Bu, çox vacibdir. Bu cür adamların Azərbaycan dilinə xas olmayan bəzi təklifləri verməsi dilə qarşı təcavüz idi. Sevinirəm ki, bu baş tutmadı”.

Qulu Məhərrəmli Azərbaycanda dil sahəsi üzrə kifayət qədər peşəkar kadrların mövcud olduğunu, lakin onların bu müzakirələrdən kənarda qaldığını vurğulayıb: "Dil riyaziyyat qədər dəqiqlik və ciddilik tələb edir. Ona görə buna məsuliyyətlə yanaşmaq lazımdır. Kimsə durub ağlına gələn ideyanı verir və bu şəkildə müzakirəyə çıxardırsa, bu, yolverilməzdir. Bu gün bizim dil sahəsini bilən çox görkəmli alimlərimiz var. Təəssüf ki, onlar bu müzakirələrdən kənarda qalırlar”.

Dilçi-alim qeyd edib ki, bu müzakirələrə etiraz edənlər arasında çox sanballı alimlər də olub, məktəb müəllimləri də: "Bu müzakirələr vaxtı orta məktəblərin Azərbaycan dili və ədəbiyyat müəllimlərinin xüsusi rolunu qeyd etməliyəm. Onlar təklif olunan bəzi dəyişikliklərin dil üçün təhlükəsini çox dəqiqliklə gördülər və buna etiraz elədilər. Həm dilçilik İnstitutuna yazdılar, müraciətlər etdilər, həm də sosial şəbəkələrdə fəallıq elədilər. Akademiyanın bir çox əməkdaşları, bəzi jurnalistlər bu məsələdə fəallıq elədilər. Bunların da müsbət nəticəsi oldu”.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Prezident bu şəxslərin pensiyasını artırdı

Prezident bu şəxslərin pensiyasını artırdı

“Laçın” Ticarət Mərkəzinin sahibinin oğluna hökm oxunub

“Laçın” Ticarət Mərkəzinin sahibinin oğluna hökm oxunub

Fuad Poladovun 71 illiyinə

Fuad Poladovun 71 illiyinə

Balans Studiyası Tofiq Tağızadənin 100 illiyinə “Mateo Falkone” filmini bərpa etdi-

Balans Studiyası Tofiq Tağızadənin 100 illiyinə “Mateo Falkone” filmini bərpa etdi- FOTOLAR

“Nar” aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur

“Nar” aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur

Ermənistan ordusu Azərbaycan müdafiə nazirinə atəş açmaq istəyib?-

Ermənistan ordusu Azərbaycan müdafiə nazirinə atəş açmaq istəyib?- AÇIQLAMA

Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər

Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər

"Tural Mirzəliyev məktəb direktoru ampluasından çıxmış biridir"- Mətbuat Şurası rəsmisindən açıqlama

"Yeni Yasamal" MTK işində "Şərurlu İsfəndiyar" necə peyda oldu?- Zərərçəkmişlər: "Bizə deyir pul verin..."

Kişi arvadından polisə şikayət etdi:

Kişi arvadından polisə şikayət etdi: “Məni döyür”

Bu gün ETSN işçilərinin peşə bayramıdır

Bu gün ETSN işçilərinin peşə bayramıdır

Deputat Rüfət Quliyev Lənkəran hava limanını Rusiyaya icarəyə verməyi təklif etdi

Deputat Rüfət Quliyev Lənkəran hava limanını Rusiyaya icarəyə verməyi təklif etdi

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur