"İdeyadan Biznesə" startap turlarının növbəti mərhələsinə start verilir

Xəbərin çap versiyası
Tarix: 14-09-2018, 18:40    |    Xəbər oxunub: 525 dəfə
"İdeyadan Biznesə" startap turlarının növbəti mərhələsinə start verilir


Startap hərəkatının genişləndirilməsinə və vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək məqsədi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Microsoft” şirkəti ilə birgə “İdeyadan Biznesə” layihəsi çərçivəsində Bakı və regionlarda startap turlarının növbəti mərhələsinə start verib.



Azərbaycan Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı “İdeyadan Biznesə” layihəsinə dəstək verən təşkilatlar sırasına qoşulub.

Layihənin tərəfdaşı isə “Azercell” şirkətidir.

Startap turlarının budəfəki proqramı olduqca zəngindir.

Belə ki, ali təhsil müəssisələrində infossesiyalarla yanaşı, ayrıca startap turları da təşkil olunacaq.

Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Xəzər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti və Azərbaycan Diplomatik Akademiyasında startap turları keçiriləcək.

Eyni zamanda, xarici və yerli texnoparkların, inkubasiya mərkəzlərinin nümayəndələrinin iştirakı ilə biznes layihələrinin hazırlanması, müzakirəsi, təqdimatı, eləcə də mentorların dəstəyi ilə startap-komandaların və ideyaların formalaşdırılması üzrə Şəki şəhərində "İdeyadan Biznesə" layihəsi çərçivəsində beynəlxalq İnnovasiya Düşərgəsi (“İnnoCamp”) təşkil olunacaq.

Regionlar üzrə turların, ətraf rayon və şəhərləri də əhatə etməklə, Sumqayıt, Şəki, Gəncə, Bakı şəhərlərində və Naxçıvan Muxtar Respublikasında keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, sözügedən turlar artıq Mingəçevir, Lənkəran və Quba şəhərlərində keçirilib və qaliblər müəyyənləşib.

Startap turu çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkı, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu sözügedən şəhərlərdə informativ sessiya, interaktiv hissə, müsabiqə və müxtəlif mövzuları əhatə edən təlimlər keçirir.

Tədbirin birinci hissəsində startapları əsas müsabiqəyə hazırlamaq üçün kiçik biznes-treninqlər təşkil olunur, ikinci hissədə isə onlar öz ideyalarını münsiflər heyəti qarşısında təqdim edirlər. Daha sonra seçilmiş layihələr birincilik uğrunda mübarizə aparır. Hər çıxışdan sonra sual-cavab və layihənin müzakirəsi baş tutur. İkinci hissənin sonunda münsiflər hər region üzrə 1-ci, 2-ci və 3-cü yerlərin qaliblərini müəyyənləşdirirlər. Qalib olan layihələr Bakıda keçiriləcək Milli Finalda iştirak hüququ qazanır.

Milli Finalda qalib gələcək 1-ci, 2-ci və 3-cü yerlərin sahibləri təşkilatçılar və tərəfdaşlar tərəfindən mükafatlandırılacaq, eyni zamanda 24-cü “Bakutel” Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində layihələrini təqdim etmək imkanı əldə edəcəklər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Türkiyənin məşhur müğənnisi Bakıda konsert verəcək

Türkiyənin məşhur müğənnisi Bakıda konsert verəcək

"Vikipediya”da Raquf Orucov haqqında ingilis dilində məqalə yaradılıb

Cahangir Əsgərov ailə holdinqinin rəhbərini dəyişdi:

Cahangir Əsgərov ailə holdinqinin rəhbərini dəyişdi: AZAL prezidentindən 400 milyon tələb olunur

Yanmış ağaclarla bağlı polisə müraciət olunub

Yanmış ağaclarla bağlı polisə müraciət olunub

Birincilər Dövlət Komitəsinə ekskursiya edilbər

Birincilər Dövlət Komitəsinə ekskursiya edilbər

Hatayda Yayladağında Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq

Hatayda Yayladağında Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq

Tanınan aktyor təhsil nazirinə müraciət etdi:

Tanınan aktyor təhsil nazirinə müraciət etdi: “...Siz də məsuliyyət daşıyırsınız!”

Elektrovoz relsdən çıxdı:

Elektrovoz relsdən çıxdı: Bakıya gələn qatarlar gecikir, sərnişinlərin halı pisləşib

İranda hərbi parad zamanı terror:

İranda hərbi parad zamanı terror: 10 hərçi ölüb, 21 yaralı var-YENİLƏNİB+VİDEO

İstirahət günlərinə gözlənilən hava proqnozu

İstirahət günlərinə gözlənilən hava proqnozu

Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlandı

Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlandı

ETSN Xaçmazda növbəti dəfə reyd keçirib

ETSN Xaçmazda növbəti dəfə reyd keçirib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur