İran Xəzərin statusuna dair Konvensiyanı təsdiqləməyə bilər

Xəbərin çap versiyası
Tarix: 14-09-2018, 20:36    |    Xəbər oxunub: 523 dəfə
İran Xəzərin statusuna dair Konvensiyanı təsdiqləməyə bilər


ABŞ və onun müttəfiqləri Xəzərin hüquqi statusuna dair danışıqların gedişinə dəfələrlə təsir etməyə çalışıblar.



AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov "Kommersant” qəzetinə müsahibəsində 12 avqustda Qazaxıstanın Aktau şəhərində sahilyanı dövlət başçıları tərəfindən imzalanan Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya ilə bağlı Yelena Çernenkonun suallarını cavablandırarkən deyib. Bildirib ki, regiondan kənar oyunçuların pozucu cəhdləri danışıqların aparıldığı son 20 il ərzində, hətta Konvensiyanın imzalandığı anadək davam edib.

"Regiondan, hətta Avrasiya materikindən xeyli uzaqda olan ölkələr, o cümlədən ABŞ Xəzər dənizindəki maraqlarını reallaşdırmaq istəyib. Lakin qarşılıqlı razılaşma üzrə sahilyanı dövlətlər danışıqları məxfi rejimdə aparıblar və bilərəkdən bir-birimizin mövqeyini KİV-də şərh etməkdən qaçmışıq. Nəticədə gördük ki, bu cür təcrübə özünü doğrultdu. Açığı desəm, düşünmürəm ki, indi həmin məxfi müzakirələrin bütün detallarını açmaq lazımdır. Əsas odur ki, biz "Xəzər tənliyini” ortaq məxrəcə çıxara bildik”,- deyə Bratçikov vurğulayıb.

Onun sözlərinə görə, Konvensiyada xüsusilə qeyd olunub ki, Xəzər dənizində regiondan kənar güclərin silahlı qüvvələrinin iştirakına icazə verilməyəcək. Yalnız 5 sahilyanı dövlət – Azərbaycan, Rusiya, İran, Türkmənistan və Qazaxıstan Xəzərdə təhlükəsizliyin qorunmasına və dənizin resurslarından istifadəyə cavabdehdir. Bu mənada, Bratçikov ümid edib ki, tərəflər bu cür vacib müddəaların yer aldığı Konvensiyanın ratifikasiyasını gecikdirməyəcəklər.

"Zənnimcə, heç kəs ratifikasiya prosesini süni şəkildə uzatmayacaq. Konvensiya balanslı və bərabərhüquqlu sənəddir. O, bütün sahilyanı ölkələrin milli maraqlarını tam şəkildə nəzərə alır. Konvensiyanın tezliklə qüvvəyə minməsi bütün tərəflərin tələblərinə cavab verir”, – deyə rusiyalı diplomat bildirib.

Lakin Bratçikov, ayrı-ayrı Xəzəryanı ölkələrdə keçiriləcək seçkilərin Konvensiyanın ratifikasiya proseduruna birbaşa təsir edə biləcəyini də istisna etməyib. Xüsusən də, İranda bəzi siyasi qüvvələrin Konvensiyanın qəbuluna etiraz etməsinə diqqət çəkən Bratçikov Xəzərin hüquqi statusuna dair Konvensiyanın seçki mübarizələrinin əsiri olmayacağına ümid edib.

Bratçikov onu da vurğulayıb ki, Rusiyanın dənizin dibi ilə hansısa transxəzər boru kəmərləri, yaxud magistral kəmərlər çəkmək planı yoxdur.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Türkiyənin məşhur müğənnisi Bakıda konsert verəcək

Türkiyənin məşhur müğənnisi Bakıda konsert verəcək

"Vikipediya”da Raquf Orucov haqqında ingilis dilində məqalə yaradılıb

Cahangir Əsgərov ailə holdinqinin rəhbərini dəyişdi:

Cahangir Əsgərov ailə holdinqinin rəhbərini dəyişdi: AZAL prezidentindən 400 milyon tələb olunur

Yanmış ağaclarla bağlı polisə müraciət olunub

Yanmış ağaclarla bağlı polisə müraciət olunub

Birincilər Dövlət Komitəsinə ekskursiya edilbər

Birincilər Dövlət Komitəsinə ekskursiya edilbər

Hatayda Yayladağında Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq

Hatayda Yayladağında Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq

Tanınan aktyor təhsil nazirinə müraciət etdi:

Tanınan aktyor təhsil nazirinə müraciət etdi: “...Siz də məsuliyyət daşıyırsınız!”

Elektrovoz relsdən çıxdı:

Elektrovoz relsdən çıxdı: Bakıya gələn qatarlar gecikir, sərnişinlərin halı pisləşib

İranda hərbi parad zamanı terror:

İranda hərbi parad zamanı terror: 10 hərçi ölüb, 21 yaralı var-YENİLƏNİB+VİDEO

İstirahət günlərinə gözlənilən hava proqnozu

İstirahət günlərinə gözlənilən hava proqnozu

Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlandı

Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlandı

ETSN Xaçmazda növbəti dəfə reyd keçirib

ETSN Xaçmazda növbəti dəfə reyd keçirib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur