Sumqayıtda yerləşən "Elmar market"də istehlakçı hüquqları belə pozulur- FOTOFAKT


Sumqayıtda yerləşən "Elmar market"də istehlakçı hüquqları belə pozulur-


Sumqayıtda fəaliyyət göstərən "Elmar market"də müştərilər aldadılır və istehlakçı hüquqları pozulur.

Bu barədə AFN-ə məlumatı Sumqayıt sakini verib. Onun sözlərinə görə, adıçəkilən marketdə müştəri ilə vitrindəki ucuz qiymət deyil, qəbzdəki baha qiymətlə hesablaşırlar: ""Big FLEX3 Classik" təraş ləvazimatı aldım. Malın üzərində qiymət 4.73 yazılmışdı, amma kassada 6 manat çıxdılar, qəbzdə də 6 manat yazılıb. Etiraz etsəm də, nəticəsi olmadı. Vətəndaşlara məsləhətim budur ki, hər zaman alış-verişi müştəri məmnuniyyəti olan marketlərdən etsinlər".

Adıçəkilən marketin telefonuna zəng etsək də, cavab verən olmadı. Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Sumqayıtda yerləşən "Elmar market"də istehlakçı hüquqları belə pozulur-

Sumqayıtda yerləşən "Elmar market"də istehlakçı hüquqları belə pozulur-



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu