Mingəçevir məktəbində İmam Hüseyn tədbiri: nazirlik və komitə işə qarışdı-FOTOLAR


Mingəçevir məktəbində İmam Hüseyn tədbiri:


Mingəçevirin Noel Ahəngarı adına 13 saylı orta məktəbində Məhərrəmlik ayı ilə bağlı tədbir təşkil olunub. Bu haqda reportyor.info yazıb.

Belə ki, sentyabrın 6-da məktəbdə Mingəçevirin axundunun müavini Cavid Ələmdarın rəhbərliyi altında “Məhərrəm ayının gəlişi, İmam Hüseyn ağanın şəhid olmasının səbəbləri, matəmin mənası” mövzusunda müəllim və valideynlərə mühazirə oxuyub.

C.Ələmdar tədbirlə bağlı fotoları öz feysbuk səhifəsində paylaşıb. Məlum olub ki, məktəbdə dini tədbirin təşkili Mingəçevir şəhər icra hakimiyyəti və təhsil şöbəsi ilə razılaşdırılmayıb.

Məktəbin direktoru Tünzalə Əfəndiyevanın açıqlaması olmasa da, Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədov tədbirin keçirilməsini təkzib edib.

Amma fotoların olduğunu nəzərinə çatdıranda təhsil şefi etiraf etmək məcburiyyətində qalıb. Onun sözlərinə görə, görüş keçirilib və bundan Prezident Adminstrasiyasının, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xəbəri var.

Komitənin mətbuat xidmətindən isə bildirilib ki, belə bir tədbirdən məlumatsızdırlar. Təhsil Nazirliyinin mətbuat xidməti də məsələdən xəbərsiz olduğunu bildirib.

Təhsil eksperti Kamran Əsədov qeyd edib ki, 2009-cu ildə qəbul olunuş “Təhsil haqqında” qanunda göstərilir ki, din dövlətdən ayrıdır:

“Heç bir halda orta ümumtəhsil müəssələrinin nəzdində dini mərasimlər, o cümlədən təbliğat xarakterli tədbirlər keçirilə bilməz.

Mingəçevir məktəbində İmam Hüseyn tədbiri:

Mingəçevir məktəbində İmam Hüseyn tədbiri:

Mingəçevir məktəbində İmam Hüseyn tədbiri:



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu