Qubada yeni tikilən məktəb açılışına bir neçə gün qalmış yanıb kül oldu


Qubada yeni tikilən məktəb açılışına bir neçə gün qalmış yanıb kül oldu


Quba rayonunda yeni inşa edilən məktəb açılışına bir neçə gün qalmış yanıb.

Bu barədə AFN-ə məlumat verən mənbənin sözlərinə görə, sentyabrın 22-də açılışı olacaq modul tipli məktəbdə baş verən yanğın hadisəsinə səbəb kimi ilkin ehtimal olaraq qısaqapanma göstərilir. Xəbəri AFN-ə Quba Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Cəfər Cəfərov da təsdiqləyib. Onun sözlərinə görə, məktəb tam yararsız hala düşüb. C.Cəfərov bildirib ki, hazırda proseslə bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırma aparılır.

Kənd sakinlərinin saytımıza verdiyi xəbərdə isə deyilir ki, ucqar dağ kəndi olan Xaltanın yolları bərbad durumda olduğu üçün yanğınsöndürən maşınların gedişi problem olub: "Ona görə də məktəb yanıb kül olana qədər heç bir tədbir görmək mümkün olmadı".

Məktəbin Təhsil Nazirliyinin sifarişi əsasında inşa edildiyi bildirilsə də, tikintinin hansı şirkət tərəfindən aparıldığını öyrənmək mümkün olmadı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu