Gəmiçilikdə rəhbər şəxslər üçün “iclasların effektiv idarəedilməsi” mövzusunda təlim keçirilib

Xəbərin çap versiyası
Tarix: 21-09-2018, 12:06    |    Xəbər oxunub: 546 dəfə
Gəmiçilikdə rəhbər şəxslər üçün “iclasların effektiv idarəedilməsi” mövzusunda təlim keçirilib


“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbər şəxsləri üçün “İclasların effektiv idarəedilməsi” mövzusunda təlim keçirilib.

Qurumun mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, təlimdə QSC-nin struktur və departament rəhbərləri iştirak ediblər.

Beynəlxalq səviyyəli biznes-təlimçi Rəşad Bayramovun apardığı təlimdə bildirilib ki, əksər yerli və xarici şirkətlərdə iclasların idarəolunması zamanı bir çox problemlərə rast gəlinir. Bunlardan ən başlıcası vaxt itkisi ilə bağlıdır:

“Bu problemdən çıxış yolu üçün iştirakçılara əvvəlcədən müzakirə mövzusu haqqında məlumat verilməli, iclasa doğru komanda üzvləri dəvət edilməlidir. Digər tərəfdən, mövzudan yayınmağa yol verilməməlidir”.

Rəşad Bayramov diqqətə çatdırıb ki, iclasların daha effektiv və səmərəli keçirilməsi üçün görüşdəki şəxslərin hər birinin fikrinin soruşulması vacib amillərdəndir.

Təlimçi, həmçinin qeyd edib ki, keyfiyyətli iclasa hazırlıq çox vaxt alır, lakin nəticəsini nəzərə aldıqda buna dəyər.

İnteraktiv formada təşkil olunan təlimdə mövzuya uyğun müxtəlif videolar nümayiş olunub, iştirakçılara effektiv iclasın təşkili və idarəedilməsi ilə bağlı tapşırıqlar verilib, ortaya çıxan suallar cavablandırılıb.

Xatırladaq ki, AXDG-də bu növ təlimlər gələcəkdə də davam etdiriləcək. Əsas məqsəd Cəmiyyətin strateji hədəflərinə uyğun təlim və təhsilə olan ehtiyacları müəyyənləşdirərək insan resurslarının davamlı inkişafını, eləcə də personalın yeni istehsalat vəzifələrinin icrasına hazırlanmasını, işçilərin biliklərinin sistemli şəkildə yenilənməsini, əməkdaşların peşə mədəniyyətinin və peşə reytinqinin artırılmasını mütərəqqi təhsil və təlim metodları ilə təmin etməkdən ibarətdir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Polşada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş forum keçirilib-

Polşada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş forum keçirilib- VİDEO+FOTOLAR

“Təhsil Avtobusu-2018” yay məktəbinin təşkilatçıları “Bakcell”i mükafatlandırıb

“Təhsil Avtobusu-2018” yay məktəbinin təşkilatçıları “Bakcell”i mükafatlandırıb

Tanınmış telejurnalist Nərgiz Cəlilova ilə maraqlı görüş keçirilib-

Tanınmış telejurnalist Nərgiz Cəlilova ilə maraqlı görüş keçirilib- FOTOLAR

İcazəsiz ov edən 204 nəfərə cərimə tətbiq edilib

İcazəsiz ov edən 204 nəfərə cərimə tətbiq edilib

Ölkəmizdə pensiyaların orta aylıq məbləğində 8,4 faiz artım qeydə alınıb

Ölkəmizdə pensiyaların orta aylıq məbləğində 8,4 faiz artım qeydə alınıb

“Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!

“Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!

“Bu yol çox böyük bir yolun davamıdır”-

“Bu yol çox böyük bir yolun davamıdır”- Aqil Acalov

Bakıda qəzet redaksiyası soyğunçuluğa məruz qaldı

Bakıda qəzet redaksiyası soyğunçuluğa məruz qaldı

Özəlləşdirmədə geniş seçim imkanı:

Özəlləşdirmədə geniş seçim imkanı: 73 dövlət əmlakı hərracda

Bu yolda hərəkət dəyişdi

Bu yolda hərəkət dəyişdi

Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 16,07 faiz artıb

Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 16,07 faiz artıb

Villa sahibləri Badamdardan qaçır:

Villa sahibləri Badamdardan qaçır: Evləri gözətçilər qoruyur

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur