Hatayda Yayladağında Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq

Xəbərin çap versiyası
Tarix: 22-09-2018, 13:53    |    Xəbər oxunub: 602 dəfə
Hatayda Yayladağında Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq


Dünya Müsəlman-Türk və Suriya Türkmənləri qurultayında iştirak etmək üçün Hatayda səfərdə olan millət vəkili Qənirə Paşayeva Hatay, Yayladağı bələdiyyə başçısı Mehmet Kalkan ilə görüşüb.

AFN xəbər verir ki, görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim Yayladağının da Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istəyirik deyən Qənirə Paşayeva bələdiyyə başçısı ilə Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mübadiləsi aparıb və ötən görüşündə də qeyd etdiyi kimi, Yayladağının mərkəzi küçələrindən birinə Azərbaycan adının və mərkəzi parklarından birinə Qarabağ adının veriləcəyinə inandığını deyib və Yayladağı bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb. Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə təbrik edən və Azərbaycanı çox sevdiyini deyən Yayladağı bələdiyyə başçısı Mehmet Kalkan Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq, Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət etdiyini deyib. Yayladağı bələdiyyə başçısı Mehmet Kalkan həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını, hər zaman qardaş Azərbaycanın yanında olduqlarını qeyd etdi. Millət vəkili Qənirə Paşayevanın Yayladağıda Azərbaycan küçəsi və Qarabağ parkı ilə bağlı təklifini müsbət qiymətləndirdiyini bildirən Yayladağı bələdiyyə başçısı bu təklifə baxıldığını deyib və yaxın zamanlarda Yayladağında Azərbaycan küçəsinin və Qarabağ parkının açılacağını və həmin açılış mərasimlərində millət vəkili Q.Paşayevanı görməyə çox şad olarıq dedi. Yayladağı bələdiyyə başçısına Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar hədiyyə edən millət vəkili Q.Paşayeva onu Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini deyən Yayladağı bələdiyyə başçısı Mehmet Kalkan dəvəti böyük məmnuniyyətlə qəbul etdiyini deyərək qısa zamanda Azərbaycana səfər edəcəyini bildirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Polşada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş forum keçirilib-

Polşada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş forum keçirilib- VİDEO+FOTOLAR

“Təhsil Avtobusu-2018” yay məktəbinin təşkilatçıları “Bakcell”i mükafatlandırıb

“Təhsil Avtobusu-2018” yay məktəbinin təşkilatçıları “Bakcell”i mükafatlandırıb

Tanınmış telejurnalist Nərgiz Cəlilova ilə maraqlı görüş keçirilib-

Tanınmış telejurnalist Nərgiz Cəlilova ilə maraqlı görüş keçirilib- FOTOLAR

İcazəsiz ov edən 204 nəfərə cərimə tətbiq edilib

İcazəsiz ov edən 204 nəfərə cərimə tətbiq edilib

Ölkəmizdə pensiyaların orta aylıq məbləğində 8,4 faiz artım qeydə alınıb

Ölkəmizdə pensiyaların orta aylıq məbləğində 8,4 faiz artım qeydə alınıb

“Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!

“Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!

“Bu yol çox böyük bir yolun davamıdır”-

“Bu yol çox böyük bir yolun davamıdır”- Aqil Acalov

Bakıda qəzet redaksiyası soyğunçuluğa məruz qaldı

Bakıda qəzet redaksiyası soyğunçuluğa məruz qaldı

Özəlləşdirmədə geniş seçim imkanı:

Özəlləşdirmədə geniş seçim imkanı: 73 dövlət əmlakı hərracda

Bu yolda hərəkət dəyişdi

Bu yolda hərəkət dəyişdi

Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 16,07 faiz artıb

Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 16,07 faiz artıb

Villa sahibləri Badamdardan qaçır:

Villa sahibləri Badamdardan qaçır: Evləri gözətçilər qoruyur

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur