Birincilər Dövlət Komitəsinə ekskursiya edilbər


Birincilər Dövlət Komitəsinə ekskursiya edilbər


Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının bu il ilk dəfə orta məktəbə gedən övladları üçün Dövlət Komitəsinə ekskursiya təşkil olunub.

Komitənin mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, valideynləri ilə birgə işə gələn balacalar onların iş otağı, kollektiv və rəhbərliklə tanış olub. Balacalar Dövlət Komitəsinin binasını gəzib, ayrı-ayrı strukturların iş şəraitini izləyib, onlara Komitənin fəaliyyəti barədə informasiya verilib.

Daha sonra birincilər Dövlət Komitəsinin sədri ilə görüşüb. Balacaları məktəb həyatına başlamaları münasibətilə təbrik edən Komitə rəhbərliyi onlara gələcək həyatlarında və təhsildə uğurlar arzulayıb.

Sonda uşaqlara hədiyyələr təqdim edilib və xatirə şəkli çəkilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu