Nazir İlham Əliyevdən kömək istədi

Xəbərin çap versiyası
Tarix: 9-10-2018, 23:14    |    Xəbər oxunub: 533 dəfə
Nazir İlham Əliyevdən kömək istədi


"Qarşımıza qoyduğunuz tələblərə əsasən, vergi administrasiyasının açıq və şəffaf fəaliyyəti istiqamətində proses davam etdirilir. Vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı inam atmosferinin yaradılması, vergilərin könüllü ödənilməsinə keçidin təmin edilməsi üçün bütün qüvvələr səfərbər olunub".



Bu sözləri vergilər naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin prezident İlham Əliyevin sədrliyi ilə keçirilən iclasında bildirib.

M. Cabbarov qeyd edib ki, Vergilər Nazirliyi vergi ödəyiciləri ilə münasibətdə insan faktorunun rolunu minimuma endirmək məqsədilə, vergi nəzarəti proseslərinin avtomatlaşdırılmasına çalışır.

"Blokçeyn texnologiyası əsasında qurulmuş həllər daxil olmaqla, qərəzsiz və dəqiq təhlil-qeydiyyat sistemlərinin tətbiqi istiqamətində işlərə başlanıb”, - deyə, o, bildirib.

Onun sözlərinə görə, aparılan islahatların daha bir mühüm qolu vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlıdır:

"Vergi Məcəlləsinə hazırlanmış dəyişikliklər paketi özündə bir neçə mühüm istiqaməti əhatə edir. Bunlar vergidən yayınmanın və kölgə iqtisadiyyatının miqyasının azaldılması, iqtisadi artımın və sahibkarlığın effektiv dəstəklənməsi, vergitutma rejiminin təkmilləşdirilməsi və vergitutma bazasının genişləndirilməsi, inzibatçılığın və nəzarətin gücləndirilməsi, güzəştlərin iqtisadi səmərəsinin yüksəldilməsindən ibarətdir. Cənab Prezident, bu dəyişikliklər sırasında digər orqanlarla elektron məlumat mübadiləsinin genişləndirilməsi məsələləri ilə bağlı Sizin dəstəyinizə ehtiyacımız var. Bu məlumatlara çıxış vergi ödəyicilərinə keyfiyyətli xidmətin göstərilməsi ilə yanaşı, fəaliyyətimizi daha da məhsuldar edəcək”, - deyə, M. Cabbarov bildirib. (qaynarinfo)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
STAR-ın ərazisi Xüsusi Sənaye Zonası elan edilib

STAR-ın ərazisi Xüsusi Sənaye Zonası elan edilib

Səudiyyə Camal Qaşıqçının ölümünü təsdiq etdi:

Səudiyyə Camal Qaşıqçının ölümünü təsdiq etdi: həbslər başladı

Bakıda universitetdə qəribə qadağa-

Bakıda universitetdə qəribə qadağa- FOTOFAKT

“İrşad Elektronics”in kredit fırıldağı: müştərilər belə tələyə salınır

“İrşad Elektronics”in kredit fırıldağı: müştərilər belə tələyə salınır

Sarov kəndində səyyar qəbul keçirilib

Sarov kəndində səyyar qəbul keçirilib

Səhiyyə Nazirliyində ciddi nöqsanlar aşkarlanıb-

Səhiyyə Nazirliyində ciddi nöqsanlar aşkarlanıb- Audit hesabatı

Məktəbdə pambıq tarlası salınıb-

Məktəbdə pambıq tarlası salınıb- FOTOLAR

Rusiya mətbuatı da Fərhad Əhmədovun fırıldaqlarından yazır

Rusiya mətbuatı da Fərhad Əhmədovun fırıldaqlarından yazır

Qaşıqçını buna görə öldürdülər:

Qaşıqçını buna görə öldürdülər: İsrailin ifşa etdiyi planın detalları

Hökumət yaşayış minimumunun məbləğini artırır

Hökumət yaşayış minimumunun məbləğini artırır

Aİİ-də “Bəşəri inkişafda elm və təhsilin rolu” mövzusunda seminar keçirilib-

Aİİ-də “Bəşəri inkişafda elm və təhsilin rolu” mövzusunda seminar keçirilib- FOTOLAR

Rövnəq Abdullayev:

Rövnəq Abdullayev: “Həyata keçirilmiş sərmayələr SOCAR-ı Türkiyənin ən böyük xarici investoruna çevirib”

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur