DGKA-nın tələbəsi: “Məqsədim gömrükçü olmaqdır”

Xəbərin çap versiyası
Tarix: 10-10-2018, 11:39    |    Xəbər oxunub: 522 dəfə
DGKA-nın tələbəsi:


Qasımova Nərmin Elmar qızı orta təhsilini Bakı şəhəri Nizami rayonu 220 saylı məktəbdə alıb. Doqquzuncu sinfə qədər bütün fənnlərə maraq göstərib. Son siniflərdə isə, daha çox ixtisas qrupu üzrə fənnlərə hazırlaşıb. Həmişə marağı humanitar yönümlü fənnlərə olsa da, riyaziyyatı da çox sevir. Hazırda Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) “Hüquqşünas” ixtisası üzrə I kursda təhsil alan Nərmin Qasımova Akademiyaya bu il sözügedən ixtisas üzrə ən çox bal - 663 bal toplayaraq daxil olub.



Məhz Dövlət Gömrük Komitəsinin Akademiyasını seçməyiniz nə ilə bağlıdır? Sizdə gömrük orqanlarına həvəs hardan qaynaqlanır?

* Mənim həmişə üç arzum olub: hüquqşünas olmaq, rütbə və forma daşımaq. Doqquzuncu sinifdə qərar verdim ki, artıq uşaqlıq arzumu yerinə yetirməliyəm. III qrupa yönəldim və hazırda ən sevdiyim Akademiyada sevdiyim ixtisasda oxuyuram. Dövlət Gömrük Komitəsinin Akademiyasını seçməklə arzularımı reallaşdırmışam. Artıq hüquqşünaslıq ixtisasında bu peşəyə yiyələnməyə başlamışam. İlk arzum reallaşıb.

Siz qrupda bu ixtisas üzrə ən yüksək bal toplamısınız. Tələbə dostlarınız bunu necə qəbul etdilər?

* Bizim ixtisas qrupunda cəmi 22 tələbə var, onlardan 10 nəfəri qızlardir. Qrup toldaşlarımızla aramızda ayrı-seçkilik yoxdur, sadəcə olaraq, özümə tələbə yoldaşlarımdan diqqət hiss etmişəm.

Artıq bir aya yaxındır dərslər başlayıb? Akademiyadakı tədrislə bağlı və ya ümumilikdə, hansısa irad və təklifləriniz varmı?

* Akademiyaya daxil olmamışdan öncə bura gələrək bu ali təhsil ocağı ilə ətraflı tanış olmuşdum. O zamandan məhz bu Akademiyada təhsil alacağıma

qərar verdim. Burada tədris çox yaxşı təşkil olunub. Müəllimlərimiz hər biri öz dərsini çox maraqlı tədris edir. Yəni ki, dərslərin təşkili, müəllimlərin bilik vermə qabiliyyəti çox yüksəkdir. Tələbələr üçün hər cür şərait yaradılıb. Ümumiyyətlə, burada təhsil almaq hər bir tələbə üçün üstünlükdür.

Məktəb illərində dərsdənkənar maraq dairəniz olubmu?

- Bəli, uşaqlıqdan bədii kitab oxumaq və rəsm çəkməyi xoşlayıram. Rəsmlərimdə fikirlərimi peşəkar formada olmasa da, həvəskar səviyyədə kağıza köçürürəm. Adətən portret janrında rəsmlər çəkirəm. Amma deyim ki, heç vaxt doğmalarımın və ya özümə yaxın hesab etdiyim insanların şəklini çəkmirəm. Düşünürəm ki, bunun məsuliyyəti daha böyükdür.

Bir qədər də bizə böyüdüyünüz mühit, ailəniz haqda danışın…

* Ailədə beş nəfərik, atam, anam, iki bacım və mən. Valideynlərimiz hər zaman bizə təlqin edblər ki, mütləq təhsil alaq. Bizim ailədə həmişə oxumaq qanun olub. Valieynlərim bizi bu istiqamətdə böyüdüblər. Bacım da hazırda ali məktəbə hazırlaşır. Onun da yüksək bal toplayacağına inanırıq. Digər bacımın 9 yaşı var, məktəblidir.

Həm bacınıza, həm də digər abituriyentlərə nə tövsiyə edirsiniz?

* Özünə uyğun zaman bölgüsü aparmaq vacibdir. Hamı eyni cür hazırlaşa bilməz. Mən bir qədər fərqli vaxt bölgüsü aparmışdım. Özüm üçün müəyyən bir gündəlik cədvəlim vardı. Normal yuxu yatıb sonra oxuyurdum.

Gələcəkdə özünüzü gömrük orqanlarında görürsünüzmü?

* Məqsədim gömrükçü olmaqdır. Mən özüm ciddi rejimə, nizam-intizama həmişə hazıram və bunu sevirəm. Buna görə də, düşünürəm ki, gömrük orqanlarında çalışacam. Çünki nizam-intizam olmayan yerlərdə özümü reallaşdıra bilmərəm.

Gələcəyin hüquqşünası və gömrükçü kimi, szin fikrinizcə, hansı halda qaydaları pozmaq və ya güzəştə getmək olar?

* Heç bir halda!

DGKA-nın tələbəsi:

DGKA-nın tələbəsi:

DGKA-nın tələbəsi:

DGKA-nın tələbəsi:

DGKA-nın tələbəsi:





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Gəmiçiliyin 160 illik yubileyi ilə əlaqədar markalı kitab nəşr olunub-

Gəmiçiliyin 160 illik yubileyi ilə əlaqədar markalı kitab nəşr olunub- FOTOLAR

Tərtərdə ilin doqquz ayında 24 milyon 966,6 min manatlıq tikinti-quraşdırma işləri aparılıb

Tərtərdə ilin doqquz ayında 24 milyon 966,6 min manatlıq tikinti-quraşdırma işləri aparılıb

Vidadi Zeynalov və dostları niyə həbsdən buraxılmadı-

Vidadi Zeynalov və dostları niyə həbsdən buraxılmadı- Sensasiyalı səbəb

Nazirlər Kabinetindən Aİ 92 markalı benzinlə bağlı mühüm qərar

Nazirlər Kabinetindən Aİ 92 markalı benzinlə bağlı mühüm qərar

STAR-ın ərazisi Xüsusi Sənaye Zonası elan edilib

STAR-ın ərazisi Xüsusi Sənaye Zonası elan edilib

Səudiyyə Camal Qaşıqçının ölümünü təsdiq etdi:

Səudiyyə Camal Qaşıqçının ölümünü təsdiq etdi: həbslər başladı

Bakıda universitetdə qəribə qadağa-

Bakıda universitetdə qəribə qadağa- FOTOFAKT

“İrşad Elektronics”in kredit fırıldağı: müştərilər belə tələyə salınır

“İrşad Elektronics”in kredit fırıldağı: müştərilər belə tələyə salınır

Sarov kəndində səyyar qəbul keçirilib

Sarov kəndində səyyar qəbul keçirilib

Səhiyyə Nazirliyində ciddi nöqsanlar aşkarlanıb-

Səhiyyə Nazirliyində ciddi nöqsanlar aşkarlanıb- Audit hesabatı

Məktəbdə pambıq tarlası salınıb-

Məktəbdə pambıq tarlası salınıb- FOTOLAR

Rusiya mətbuatı da Fərhad Əhmədovun fırıldaqlarından yazır

Rusiya mətbuatı da Fərhad Əhmədovun fırıldaqlarından yazır

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur