Şəhid və Qarabağ qazilərinin ailə üzvləri üçün ödənişsiz “Veb Dizayn” kursu başlayır

Xəbərin çap versiyası
Tarix: 12-10-2018, 11:16    |    Xəbər oxunub: 518 dəfə
Şəhid və Qarabağ qazilərinin ailə üzvləri üçün ödənişsiz “Veb Dizayn” kursu başlayır


“Veysəloğlu” Şirkətlər Qrupu özünün korporativ sosial məsuliyyət (KSM) istiqamətinidə “İstedadlı gənc” proqramı çərçivəsində yeni layihəyə start verir.

Şirkətin İctimaiyyətlə əlaqələr departamentindən AFN-ə verilən məlumata görə, "Veysəloğlu" sosial layihə olaraq, “Veb Dizayn" (saytın layihələnməsi, yaradılması və idarəedilməsi) kimi xeyriyyə xarakterli 3 aylıq kurslar təşkil etməyə hazırlaşır. Kursa Qarabağ qaziləri, şəhid ailələrinin övladları və ailə üzvləri (17-25 yaş arası) cəlb ediləcəkdir.

Qeyd edək ki, 48 saatlıq proqram əsasında təşkil olunacaq kursu bitirən gənclərə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sertifikatı təqdim ediləcək. Dərslər Odlar Yurdu Universitetinin “Texnoparkında” “Peşəyönümlü təhsilin inkişafına yardım” ictimai birliyinin müəllimləri tərəfindən tədris olunacaq.
“Veysəloğlu” Şirkətlər Qrupunun "Veb Dizayn" kursları təşkil etməkdə məqsədi bu sahəyə marağı olan gənclərin bilik və bacarıqlarını artırmaq, peşəkar səviyyəyə çatdırmaq, habelə, kursu bitirərək iş tapmalarına yardımçı olmaqdır.
Xatırladaq ki, "Veb Dizayn" kursunun dərsləri 1 noyabr 2018-ci ildə başlayacaq. Bu kursda İKT sahəsində ibtidai bilikləri olan 10 gənc iştirak edə biləcək. Layihədə iştirak etmək istəyən şəhid və Qarabağ qazilərinin övladları özləri haqqında məlumatı 20.10.2018-ci il tarixinə qədər khayal.verdiyev@veyseloglu.az email ünvanına göndərə bilərlər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Polşada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş forum keçirilib-

Polşada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş forum keçirilib- VİDEO+FOTOLAR

“Təhsil Avtobusu-2018” yay məktəbinin təşkilatçıları “Bakcell”i mükafatlandırıb

“Təhsil Avtobusu-2018” yay məktəbinin təşkilatçıları “Bakcell”i mükafatlandırıb

Tanınmış telejurnalist Nərgiz Cəlilova ilə maraqlı görüş keçirilib-

Tanınmış telejurnalist Nərgiz Cəlilova ilə maraqlı görüş keçirilib- FOTOLAR

İcazəsiz ov edən 204 nəfərə cərimə tətbiq edilib

İcazəsiz ov edən 204 nəfərə cərimə tətbiq edilib

Ölkəmizdə pensiyaların orta aylıq məbləğində 8,4 faiz artım qeydə alınıb

Ölkəmizdə pensiyaların orta aylıq məbləğində 8,4 faiz artım qeydə alınıb

“Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!

“Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!

“Bu yol çox böyük bir yolun davamıdır”-

“Bu yol çox böyük bir yolun davamıdır”- Aqil Acalov

Bakıda qəzet redaksiyası soyğunçuluğa məruz qaldı

Bakıda qəzet redaksiyası soyğunçuluğa məruz qaldı

Özəlləşdirmədə geniş seçim imkanı:

Özəlləşdirmədə geniş seçim imkanı: 73 dövlət əmlakı hərracda

Bu yolda hərəkət dəyişdi

Bu yolda hərəkət dəyişdi

Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 16,07 faiz artıb

Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 16,07 faiz artıb

Villa sahibləri Badamdardan qaçır:

Villa sahibləri Badamdardan qaçır: Evləri gözətçilər qoruyur

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur