12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisi davam edir- FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 12-10-2018, 16:27    |    Xəbər oxunub: 514 dəfə
12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisi davam edir-

Bakı Ekspo Mərkəzində təşkil edilən 12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisi işini davam etdirir.

“Uşaqların gələcəyinə sərmayə” devizi altında təşkil edilən sərgiyə 12 ölkədən 130-dan artıq iştirakçı qatılıb.

Ötən illərlə müqayisədə Təhsil Nazirliyi sərgidə geniş pavilyonda təmsil olunur. Sərgidə “Məktəbəhazırlıq”, “Olimpiadalara hazırlıq mərkəzi”, “Peşə Təhsili üzrə Dövlət Agentliyi”, “Təhsil” Respublika İdman Mərkəzi”, “Uşaq-Gənclər İnkişaf Mərkəzi”, “SABAH qrupları”, “İçərişəhər ənənəvi incəsənət mərkəzi”, “Sağlam təhsil-sağlam millət”, “Maarifçi” Tələbə Kredit Fondu”, “Məktəblinin dostu”, “Modul tipli məktəblər”, “İT STEP”, “Media Mərkəz -Təhsil TV” və digər stendlər təqdim edilir.

Sərgidə Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Fransa-Azərbaycan Universiteti (UFAZ), Lənkəran Dövlət Universiteti və digər təhsil müəssisələri birləşmiş stenddə iştirak edirlər. Tədbirdə, həmçinin “ADA” Universiteti, Milli Aviasiya Akademiyası və Azərbaycan Universiteti öz stendləri ilə təmsil olunurlar.

Sərginin “Xaricdə təhsil” sektorunda Gürcüstan, Latviya, Litva, Türkiyə və digər ölkələrin təmsilçiləri ümumi təhsil, orta ixtisas və ali təhsil müəssisələrinin imkanlarını təqdim edirlər.

Beynəlxalq sərginin gündəliyinə işgüzar görüşlər, panel müzakirələr, media-təqdimatlar və ayrı-ayrı mövzulara dair mühazirələr daxildir.

Qeyd edək ki, sərgi Təhsil Nazirliyinin dəstəyi, “Caspian Event Organisers” (“CEO”) şirkətinin təşkilatçılığı ilə reallaşdırılıb. “Kapital Bank”ın baş sponsor olduğu sərgi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən də dəstəklənir.

Oktyabrın 13-dək davam edəcək 12-ci Beynəlxalq Təhsil Sərgisinə giriş yuxarı sinif şagirdləri, valideynlər, müəllim və tələbələrə açıqdır.

AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru

Diqqətinizi çəkə biləcək digər xəbərlər
Polşada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş forum keçirilib-

Polşada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş forum keçirilib- VİDEO+FOTOLAR

“Təhsil Avtobusu-2018” yay məktəbinin təşkilatçıları “Bakcell”i mükafatlandırıb

“Təhsil Avtobusu-2018” yay məktəbinin təşkilatçıları “Bakcell”i mükafatlandırıb

Tanınmış telejurnalist Nərgiz Cəlilova ilə maraqlı görüş keçirilib-

Tanınmış telejurnalist Nərgiz Cəlilova ilə maraqlı görüş keçirilib- FOTOLAR

İcazəsiz ov edən 204 nəfərə cərimə tətbiq edilib

İcazəsiz ov edən 204 nəfərə cərimə tətbiq edilib

Ölkəmizdə pensiyaların orta aylıq məbləğində 8,4 faiz artım qeydə alınıb

Ölkəmizdə pensiyaların orta aylıq məbləğində 8,4 faiz artım qeydə alınıb

“Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!

“Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!

“Bu yol çox böyük bir yolun davamıdır”-

“Bu yol çox böyük bir yolun davamıdır”- Aqil Acalov

Bakıda qəzet redaksiyası soyğunçuluğa məruz qaldı

Bakıda qəzet redaksiyası soyğunçuluğa məruz qaldı

Özəlləşdirmədə geniş seçim imkanı:

Özəlləşdirmədə geniş seçim imkanı: 73 dövlət əmlakı hərracda

Bu yolda hərəkət dəyişdi

Bu yolda hərəkət dəyişdi

Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 16,07 faiz artıb

Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 16,07 faiz artıb

Villa sahibləri Badamdardan qaçır:

Villa sahibləri Badamdardan qaçır: Evləri gözətçilər qoruyur

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 
Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur