Azərbaycan və Hindistan arasında hökumətlərarası komissiyanın 5-ci iclası keçirilir


Azərbaycan və Hindistan arasında hökumətlərarası komissiyanın 5-ci iclası keçirilir


Azərbaycan Respublikası və Hindistan Respublikası arasında Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri, Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayevin başçılıq etdiyi nümayəndə heyəti Hindistanın Nyu Deli şəhərində səfərdədir.



Səfərin məqsədi 11-12 oktyabr 2018-ci il tarixlərində keçiriləcək Azərbaycan Respublikası və Hindistan Respublikası arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclasında iştirak etməkdir.

Səfər çərçivəsində keçirilən görüşlərdə Xarici İşlər, İqtisadiyyat, Energetika, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət, Təhsil, Səhiyyə nazirliklərinin, Azərbaycan Respublikası Dövlət Turizm, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentlikləri, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi", “Azərbaycan Dəmir Yolları", “Azərbaycan Hava Yolları”, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin nümayəndələri də iştirak edir.

İclasda iki ölkə arasında ticarət və iqtisadi əməkdaşlığın statusu nəzərdən keçirilib, ətraf mühitin mühafizəsi, investisiya, nəqliyyat, enerji, maliyyə, mədəniyyət, əczaçılıq, kənd təsərrüfatı, heyvandarlıq, rabitə və informasiya texnologiyaları və dağ-mədən sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub.

Sonda Azərbaycan Respublikası və Hindistan Respublikası arasında Hökumətlərarası Komissiyanın 5-ci iclasının yekunlarına dair Protokol və 2019-2023-cü illər üzrə Mədəni Mübadilə proqramı imzalanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu