Nemət Pənahlı həbs olundu


Nemət Pənahlı həbs olundu


Milli azadlıq hərəkatının tanınmış ismi Nemət Pənahlı həbs olunub.

Qaynarinfo xəbər verir ki, bu barədə jurnalist Əvəz Zeynallı sosial şəbəkə hesabında məlumat yayıb. Ona 30 sutka həbs cəzası verilib:

"Dünən günorta saat 12.00-dan Nemət Pənahlıdan xəbər alınmayıb. Ailəsi yalnız saat 20.00-dan hadisənin fərqində olub və axtarışlara başlayıb. Bu saatlara qədər Nemət Pənahlıdan xəbər alınmayıb. Yalnız 102-yə müraciət edəndən sonra Nəsimi RPİ-nin 21-ci polis bölməsinin növbətçi əməkdaşı Ramin Salmanov zəng edərək Nemət Pənahlının Nəsimi rayon məhkəməsinin qərarı ilə 30 sutkalıq həbs olundiğunu və Binəqədi müvəqqəti təcridxanasına göndərildiyini deyib. Nemət Pənahlı İXM-nin 535-ci maddəsinə (Maddə 535. Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) görə həbs olunub".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu