1738 nəfər Miqrasiya Məcəlləsini pozmaya görə məsuliyyətə cəlb edilib

Xəbərin çap versiyası
Tarix: 15-10-2018, 12:51    |    Xəbər oxunub: 533 dəfə
1738 nəfər Miqrasiya Məcəlləsini pozmaya görə məsuliyyətə cəlb edilib


2018-ci ilin doqquz ayı ərzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı ilə bağlı Dövlət Miqrasiya Xidmətinə (DMX) 635 min 922 müraciət qeydə alınıb.

9 ay ərzində DMX-yə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətlərinin uzadılmasına görə isə 59 min 745 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun araşdırılıb və müvafiq qərarlar qəbul olunub.

DMX doqquz ayda ölkə ərazisində keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən respublikamızın miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar 15 min 349 qərar qəbul edib.

Qərarlardan 9812-sı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq edilməklə bağlı olub. Onlardan 8101-i ölkəni tərk etmə, 1711-i ölkə ərazisində yaşamalarını qanuniləşdirmə barədədir.

Ölkə ərazisinə girişinə məhdudiyyət qoyulma ilə bağlı qəbul edilmiş 5081 qərardan 3343-ü İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə respublikanın hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma, 1738-i isə Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulması ilə əlaqədar olub.

203 qərar müvəqqəti və daimi yaşamaq üçün sənədin yeni sənədlə əvəz olunması, 195-i əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi vermiş Azərbaycan vətəndaşları və ya respublikamızda yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada onların vaxtında olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlərin görülməməsi ilə bağlıdır. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulması ilə bağlı 46, qanunvericiliyin digər müddəalarının tələblərinin pozulması ilə bağlı isə 12 qərar qəbul edilib.

Ölkəmizdə miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə DMX tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Azərbaycan Fransaya nota verdi

Azərbaycan Fransaya nota verdi

Abel Məhərrəmovun yüksək vəzifə tutan qardaşları və kürəkənləri-

Abel Məhərrəmovun yüksək vəzifə tutan qardaşları və kürəkənləri- SİYAHI

Əhməd Əhmədovun qardaşının nədə ittiham edildiyi məlum oldu-

Əhməd Əhmədovun qardaşının nədə ittiham edildiyi məlum oldu- Kürdəxanıda saxlanılır

Abel Məhərrəmovun rəis qardaşı da “vuruldu”

Abel Məhərrəmovun rəis qardaşı da “vuruldu”

Azexport portalı “Elektron ticarət” və “İxrac prosedurları” üzrə təlimlər keçirəcək

Azexport portalı “Elektron ticarət” və “İxrac prosedurları” üzrə təlimlər keçirəcək

Xətainin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Xətainin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Zakir Fərəcov Mehriban xanıma verilən vədə əməl etmir-

Zakir Fərəcov Mehriban xanıma verilən vədə əməl etmir- Qarabağ əlillərinin basqı+VİDEO

"Sona Vəliyeva istefa ərizəsilə cənab Prezidentə müraciət etmişdi"- Nuşirəvan Məhərrəmlidən AÇIQLAMA

''Neftçala İcra Hakimiyyətinin başçısı məndən 70 min manat alıb''-

''Neftçala İcra Hakimiyyətinin başçısı məndən 70 min manat alıb''- ŞİKAYƏT+VİDEO

Şəmkirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan kiçik ailə təsərrüfatlarına baxış olub

Şəmkirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan kiçik ailə təsərrüfatlarına baxış olub

Dövlət Komitəsinin nümayəndə heyətinin Amerikaya səfəri Vaşinqtonda davam edib

Dövlət Komitəsinin nümayəndə heyətinin Amerikaya səfəri Vaşinqtonda davam edib

Azərbaycanda Milli Dirçəliş Günüdür

Azərbaycanda Milli Dirçəliş Günüdür

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur