Qənirə Paşayeva "IV Qardaşlıq Mədəniyyəti" adlı tədbirdə Türk dünyasına səslənib

Xəbərin çap versiyası
Tarix: 18-10-2018, 18:33    |    Xəbər oxunub: 540 dəfə
Qənirə Paşayeva "IV Qardaşlıq Mədəniyyəti" adlı tədbirdə Türk dünyasına səslənib


Millət vəkili Qənirə Paşayeva "IV Qardaşlıq Mədəniyyəti" adlı tədbirdə Türk dünyasından gəlmiş aydınlara, şairlərə, yazarlara səslənib və birliyimizi gücləndirməliyik deyib.



Azərbaycan Yazıçılar Birliyi, İLESAM-ın birgə təşkilatçılığı ilə Dövlət Filarmoniyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünə həsr olunan “4-cü Qardaşlıq Mədəniyyəti” adlı ədəbi-bədii gecənin açılışında çıxış edən millət vəkili Q.Paşayeva Türk dünyasının birliyi və bərabərliyinin daha da güclənməsinin vacibliyindən geniş danışıb. Azərbaycanın ümumimilli lideri Heydər Əliyevin Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir, Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür düşüncəsini xüsusi vurğulayan Qənirə Paşayev çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 15 sentyabrda Bakıdan birlikdə verdikləri məsajlara da xüsusi toxunub və dosta da, düşmənə də çox önəmli məsajlar oldu deyib. Millət vəkili 15 sentyabrda Bakının işğaldan azad edilməsinin 100-cü ildönümü ilə bağlı Bakıda möhtəşəm bir paradın keçirildiyini və həmin paradda qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlət başçımız İlham Əliyev ilə birgə iştirak etməsinin Azərbaycan və Türkiyə qardaşlığının sarsılmaz olduğunun bariz nümunəsi olduğunu deyib. Q.Paşayeva dədələrimiz birlik və bərabərlik içində bizə zəfərin yolunu göstərdi və yenə də birlik, bərabərliyimizi daha da gücləndirib zəfər qazanacağıq deyib. Qarabağ başda olmaqla Türk dünyasının yaşadığı böyük acılardan, problemlərdən, Azərbaycana və qardaş Türkiyəyə qarşı böyük güclərin ikili standartlarından danışan millət vəkili yeni bir Çanaqqaladan keçirik deyib. Çanaqqalada yüzlərlə Azərbaycan türkünün şəhid olduğunu vurğulayaraq dədələrimiz birlik və bərabərlik içində bizə zəfərin yolunu göstərdi və yenə də birlik, bərabərliyimizi daha da gücləndirib zəfər qazanacağıq deyən millət vəkili Q.Paşayeva bu gün Türkiyədən olan dəyərli qardaşlarımızla birlikdə bu gözəl bayramımızı burada birlikdə qeyd etməmiz çox önəmlidir, eyni zamanda dosta da düşmana da bir məsajdır deyərək torpaqlarımızın işğaldan azad olunacağı günün də uzaq olmadığını vurğulayıb:"Arzu edirəm ki, gələn bayram tədbirlərimizi Ali Baş Komandan, prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda,Xankəndində, Xocalıda, Şuşada və digər o gözəl torpaqlarımızda qeyd edək. Millət vəkili Q.Paşayeva tədbir çərçivəsində Türkiyədən, Cənubi Azərbaycandan (İran) və Türk dünyasından gəlmiş şair, yazar, aydınlarla da görüşüb, ortaq mədəniyyətimizin öyrənilməsinin və birliyimizin daha da gücləndirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Millət vəkili Q.Paşayevanın tədbirdə çıxış videosunun linkini burdan izləyə bilərsiniz.



Qənirə Paşayeva "IV Qardaşlıq Mədəniyyəti" adlı tədbirdə Türk dünyasına səslənib
Qənirə Paşayeva "IV Qardaşlıq Mədəniyyəti" adlı tədbirdə Türk dünyasına səslənib
Qənirə Paşayeva "IV Qardaşlıq Mədəniyyəti" adlı tədbirdə Türk dünyasına səslənib





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Azərbaycan Fransaya nota verdi

Azərbaycan Fransaya nota verdi

Abel Məhərrəmovun yüksək vəzifə tutan qardaşları və kürəkənləri-

Abel Məhərrəmovun yüksək vəzifə tutan qardaşları və kürəkənləri- SİYAHI

Əhməd Əhmədovun qardaşının nədə ittiham edildiyi məlum oldu-

Əhməd Əhmədovun qardaşının nədə ittiham edildiyi məlum oldu- Kürdəxanıda saxlanılır

Abel Məhərrəmovun rəis qardaşı da “vuruldu”

Abel Məhərrəmovun rəis qardaşı da “vuruldu”

Azexport portalı “Elektron ticarət” və “İxrac prosedurları” üzrə təlimlər keçirəcək

Azexport portalı “Elektron ticarət” və “İxrac prosedurları” üzrə təlimlər keçirəcək

Xətainin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Xətainin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Zakir Fərəcov Mehriban xanıma verilən vədə əməl etmir-

Zakir Fərəcov Mehriban xanıma verilən vədə əməl etmir- Qarabağ əlillərinin basqı+VİDEO

"Sona Vəliyeva istefa ərizəsilə cənab Prezidentə müraciət etmişdi"- Nuşirəvan Məhərrəmlidən AÇIQLAMA

''Neftçala İcra Hakimiyyətinin başçısı məndən 70 min manat alıb''-

''Neftçala İcra Hakimiyyətinin başçısı məndən 70 min manat alıb''- ŞİKAYƏT+VİDEO

Şəmkirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan kiçik ailə təsərrüfatlarına baxış olub

Şəmkirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan kiçik ailə təsərrüfatlarına baxış olub

Dövlət Komitəsinin nümayəndə heyətinin Amerikaya səfəri Vaşinqtonda davam edib

Dövlət Komitəsinin nümayəndə heyətinin Amerikaya səfəri Vaşinqtonda davam edib

Azərbaycanda Milli Dirçəliş Günüdür

Azərbaycanda Milli Dirçəliş Günüdür

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur