Kərəm Həsənov Qubada vətəndaşları qəbul edib

Xəbərin çap versiyası
Tarix: 19-10-2018, 15:15    |    Xəbər oxunub: 583 dəfə
Kərəm Həsənov Qubada vətəndaşları qəbul edib


Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov oktyabrın 19-da Quba şəhərində vətəndaşları qəbul edib.

Komitənin mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, qəbul çərçivəsində Quba rayonu ilə yanaşı Qusar, Xaçmaz və Şabran rayonlarından olan vətəndaşların da müraciətləri dinlənilib. Komitənin struktur bölmə rəhbərlərinin də iştirak etdiyi qəbulda fərdi müraciətlər əsasən, daşınmaz əmlakın qeydiyyatı, mülkiyyət hüququnun əldə edilməsi qaydası, o cümlədən torpaqların təyinatına uyğun istifadəsi, kateqoriyasının dəyişdirilməsi prosedurları ilə bağlı olub. Həmçinin vaxtı ilə verilmiş pay torpaqları ilə bağlı faktiki və sənəd uyğunsuzluqlarının aradan qaldırılması, dövlət əmlakının özəlləşdirilməsi də vətəndaşları maraqlandıran məsələlər olub.

Qəbulda səsləndirilən vətəndaş müraciətlərini diqqətlə dinləyən komitə sədri bir sıra məsələlərin qanunvericilik çərçivəsində dərhal həll olunması üçün göstərişlərini verib. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərin isə aidiyyəti qurumlara göndəriləcəyi barədə müraciət edənlərə məlumat verilib. Vətəndaşların ünvanlandığı bəzi araşdırılma tələb edən müraciətlər isə qeydiyyata alınıb.

Komitə sədri Kərəm Həsənov bildirdi ki, Prezident İlham Əliyevin 19 sentyabr 2018-ci il tarixində qəbul etdiyi fərmana uyğun olaraq artıq kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı əsasında aparılacaq. Ölkə başçısının müvafiq tapşırıqlarına əsasən, respublika üzrə mövcud kənd təsərrüfatı təyinatlı torpaqların düzgün idarəsinin təşkili ilə bağlı komitə bir sıra tədbirlər həyata keçirir. İcarəyə verilən bu kateqoriyadan olan torpaqların mühafizəsi, münbitliyinin qorunması, icarədarlar tərəfindən səmərəli istifadəsi komitənin diqqət mərkəzindədir.

Ölkə üzrə elektron kadastr sistemi barədə vətəndaşlara məlumat verən komitə sədri bildirdi ki, həyata keçirilən tədbirlər nəticəsində ümumilikdə 25 rayonda torpaqların kadastr uçotuna alınması işləri yekunlaşmışdır.

Komitə tərəfindən daşınmaz əmlakın qeydiyyatı prosesini optimallaşdırmaq, vətəndaş məmnunluğunu təmin etmək üçün müxtəlif bölgələr üzrə sosial aksiyalar təşkil edilir. Vətəndaşlara təklif olunan səyyar xidmətlərin keyfiyyətini yüksəltmək üzrə prosesdə bir sıra yeniliklər tətbiq edilir. Daha geniş mobil ofislərin prosesə cəlb edilməsi, yeni və müasir texnologiyanın istifadəsi ilə artıq operativ xidmətlər daha çox vətəndaş kütləsinə yönəlib.

Qəbul zamanı komitə sədri göstərilən xidmətlərdə şəffaflığın və əlçatanlığın təmin olunması barədə bütün zəruri tədbirlərin görülməsi üçün komitənin ərazi idarələrinin, tabeli qurumlarının yerli şöbələrinin rəhbərlərinə tapşırıqlarını verib. Komitə sədrinin regionlarda vətəndaş qəbulları qarşıdakı aylarda da davam etdiriləcək.

Kərəm Həsənov Qubada vətəndaşları qəbul edib





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Azərbaycan Fransaya nota verdi

Azərbaycan Fransaya nota verdi

Abel Məhərrəmovun yüksək vəzifə tutan qardaşları və kürəkənləri-

Abel Məhərrəmovun yüksək vəzifə tutan qardaşları və kürəkənləri- SİYAHI

Əhməd Əhmədovun qardaşının nədə ittiham edildiyi məlum oldu-

Əhməd Əhmədovun qardaşının nədə ittiham edildiyi məlum oldu- Kürdəxanıda saxlanılır

Abel Məhərrəmovun rəis qardaşı da “vuruldu”

Abel Məhərrəmovun rəis qardaşı da “vuruldu”

Azexport portalı “Elektron ticarət” və “İxrac prosedurları” üzrə təlimlər keçirəcək

Azexport portalı “Elektron ticarət” və “İxrac prosedurları” üzrə təlimlər keçirəcək

Xətainin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Xətainin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Zakir Fərəcov Mehriban xanıma verilən vədə əməl etmir-

Zakir Fərəcov Mehriban xanıma verilən vədə əməl etmir- Qarabağ əlillərinin basqı+VİDEO

"Sona Vəliyeva istefa ərizəsilə cənab Prezidentə müraciət etmişdi"- Nuşirəvan Məhərrəmlidən AÇIQLAMA

''Neftçala İcra Hakimiyyətinin başçısı məndən 70 min manat alıb''-

''Neftçala İcra Hakimiyyətinin başçısı məndən 70 min manat alıb''- ŞİKAYƏT+VİDEO

Şəmkirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan kiçik ailə təsərrüfatlarına baxış olub

Şəmkirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan kiçik ailə təsərrüfatlarına baxış olub

Dövlət Komitəsinin nümayəndə heyətinin Amerikaya səfəri Vaşinqtonda davam edib

Dövlət Komitəsinin nümayəndə heyətinin Amerikaya səfəri Vaşinqtonda davam edib

Azərbaycanda Milli Dirçəliş Günüdür

Azərbaycanda Milli Dirçəliş Günüdür

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur