Aİİ-də “Bəşəri inkişafda elm və təhsilin rolu” mövzusunda seminar keçirilib- FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 19-10-2018, 18:42    |    Xəbər oxunub: 539 dəfə
Aİİ-də “Bəşəri inkişafda elm və təhsilin rolu” mövzusunda seminar keçirilib-


Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) “Bəşəri inkişafda elm və təhsilin rolu” mövzusunda seminar keçirib.



Tədbirdə İnstitutun müəllim-tələbə heyəti və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov Aİİ-nin yaradılma məqsədi, hədəfləri barədə məlumat verib. Rektor İnstitutda maarifləndirmə işinə xüsusi əhəmiyyət verildiyini, bu məqsədlə mütəmadi olaraq müxtəlif seminarların, dəyirmi masaların təşkil edildiyini söyləyib. C.Məmmədov bildirib ki, müasir dövrdə elm və təhsilin rolu, təsir dairəsi genişlənir və dünyada bu sahəyə xüsusi diqqət yetirilir. O cümlədən, Azərbaycanda ali məktəblərdə güclü elmi mühitin yaradılmasına xüsusi önəm verildiyini vurğulayan C.Məmmədov dövlətimizin bu sahəyə daim diqqət və qayğı ilə yanaşdığını diqqətə çatdırıb. Rektor elm və təhsilin inkişafında Ümummilli Lider Heydər Əliyevin apardığı dövlət siyasətindən danışıb. O, qeyd edib ki, hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində inkişaf etdirilən bu sahə Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən də qayğı ilə əhatə olunub.

Sonra Bakı Dövlət Universitetinin professoru Şahlar Əsgərov “Bəşəri inkişafda elm və təhsilin rolu” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə elm və təhsildə düşüncə tərzi, tərəqqinin mexanizmi, insan inkişafının indeksi, keyfiyyət amili, təhsilin aktuallığı məsələlərinə toxunulub. Ş.Əsgərov elm ocaqlarının cəmiyyətin və xalqın həyatındakı həlledici rolunu vurğulayaraq, təhsilin əsas məqsədlərindən birinin gənclərə doğru qərar qəbul etməyi öyrətmək olduğunu deyib.

Məruzədə elmin İslami nöqteyi-nəzərdən tərifi verilib, həmçinin pedaqoji sahədə qiymət mexanizminin mahiyyətindən danışılıb, “başa düşmək”lə “mənimsəmək” ifadələrinin fərqi izah olunub. Qeyd olunub ki, “Bilik vəhyin, hissin və təcrübənin əldə etdiyi elm vəhdətidir”. Elm və təhsilin inkişaf etmiş ölkələrdə, ikinci və ya üçüncü dünya dövlətlərində fərqli təzahürlərinə diqqət cəlb edən professor tərəqqinin fəlsəfəsindən danışıb, texnologiyanın önəmini qeyd

edib. Bildirilib ki, texnologiyanın inkişaf sürəti və ya tərəqqi elmdən asılıdır. Elmi inkişaf etdirən subyekt alimlərdir. Onlar inkişafın mərkəzində durur və ideya generatorlarıdırlar. Tərəqqini texnologiya ilə elmi vəhdətdə götürən alim vurğulayıb: “İqtisadiyyatın açarı texnikada, texnikanın açarı texnologiyada, texnologiyanın açarı elmdə, elmin açarı isə təhsildədir. Demək, təhsilimiz iqtisadiyyatımızın başqa müstəvi üzərində təzahürüdür. Hesab etmək olar ki, elm texnologiya və sənaye ilə bir qurumda cəmlənməlidir”.

Məruzədə, həmçinin təhsilimizin bugünündən də danışılıb. Qeyd olunub ki, son illər təhsilimizdə danılmaz uğurlar var və təhsil sistemi yeni və müasir məktəb şəbəkələri ilə əhatə olunub. Bu gün təhsil ocaqlarının 1990-cı və ya 2000-ci illərlə müqayisəyəyəgəlməz dərəcədə inkişaf etdiyini bildirən məruzəçi məktəblərin informativ və kommunikativ texnologiya ilə təmin olunduğunu və bir çox ali təhsil müəssisələri rəhbərlərinin bu sahədə xüsusi əzmkarlıq göstərdiyini qeyd edib. Vurğulanıb ki, bu uğurda Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı böyükdür.

Aİİ-də “Bəşəri inkişafda elm və təhsilin rolu” mövzusunda seminar keçirilib-

Aİİ-də “Bəşəri inkişafda elm və təhsilin rolu” mövzusunda seminar keçirilib-

Aİİ-də “Bəşəri inkişafda elm və təhsilin rolu” mövzusunda seminar keçirilib-

Aİİ-də “Bəşəri inkişafda elm və təhsilin rolu” mövzusunda seminar keçirilib-





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Azərbaycan Fransaya nota verdi

Azərbaycan Fransaya nota verdi

Abel Məhərrəmovun yüksək vəzifə tutan qardaşları və kürəkənləri-

Abel Məhərrəmovun yüksək vəzifə tutan qardaşları və kürəkənləri- SİYAHI

Əhməd Əhmədovun qardaşının nədə ittiham edildiyi məlum oldu-

Əhməd Əhmədovun qardaşının nədə ittiham edildiyi məlum oldu- Kürdəxanıda saxlanılır

Abel Məhərrəmovun rəis qardaşı da “vuruldu”

Abel Məhərrəmovun rəis qardaşı da “vuruldu”

Azexport portalı “Elektron ticarət” və “İxrac prosedurları” üzrə təlimlər keçirəcək

Azexport portalı “Elektron ticarət” və “İxrac prosedurları” üzrə təlimlər keçirəcək

Xətainin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Xətainin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Zakir Fərəcov Mehriban xanıma verilən vədə əməl etmir-

Zakir Fərəcov Mehriban xanıma verilən vədə əməl etmir- Qarabağ əlillərinin basqı+VİDEO

"Sona Vəliyeva istefa ərizəsilə cənab Prezidentə müraciət etmişdi"- Nuşirəvan Məhərrəmlidən AÇIQLAMA

''Neftçala İcra Hakimiyyətinin başçısı məndən 70 min manat alıb''-

''Neftçala İcra Hakimiyyətinin başçısı məndən 70 min manat alıb''- ŞİKAYƏT+VİDEO

Şəmkirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan kiçik ailə təsərrüfatlarına baxış olub

Şəmkirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan kiçik ailə təsərrüfatlarına baxış olub

Dövlət Komitəsinin nümayəndə heyətinin Amerikaya səfəri Vaşinqtonda davam edib

Dövlət Komitəsinin nümayəndə heyətinin Amerikaya səfəri Vaşinqtonda davam edib

Azərbaycanda Milli Dirçəliş Günüdür

Azərbaycanda Milli Dirçəliş Günüdür

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur