Səhiyyə Nazirliyində ciddi nöqsanlar aşkarlanıb- Audit hesabatı

Xəbərin çap versiyası
Tarix: 19-10-2018, 22:36    |    Xəbər oxunub: 557 dəfə
Səhiyyə Nazirliyində ciddi nöqsanlar aşkarlanıb-


Səhiyyə Nazirliyinin fəaliyyətində ciddi nöqsanlar aşkarlanıb. Hesablama Palatasının yaydığı audit hesabatı 2016-2017-ci illərdəki dövrü əhatə edir.



AFN xəbər verir ki, hesabata əsasən, tibbi avadanlıqların alınıb quraşdırılması üçün aparılmış satınalma proseduru zamanı qanunvericiliyə əməl olunmayaraq, müqaviləyə əlavə edilmiş qiymət cədvəlində Şəmkir Rayon Mərkəzi Xəstəxanasının tikintisi obyekti üzrə 12 halda, Sabirabad Mərkəzi Xəstəxanasının tikintisi obyekti üzrə yeddi halda, Quba Mərkəzi Rayon Xəstəxanasının tikintisi obyekti üzrə səkkiz halda və Masallı Rayon Mərkəzi Rayon Xəstəxanasının tikintisi obyekti üzrə doqquz halda tibbi avadanlıqların texniki göstəriciləri tenderin qiymət təklifi cədvəlində əks olunmayıb.

Sabirabad, Qazax və Quba rayon Mərkəzi Xəstəxanalarının tikintisi obyektləri (geoloji-mühəndisi və layihə-smeta sənədlərinin hazırlanması işləri) üzrə keçirilmiş təkliflər sorğusunun "Tender nəticələri haqqında tender komissiyasının yekun protokolu”nda "iddiaçının ixtisas uyğunluğunu müəyyənləşdirən meyarlar” bəndində iddiaçının layihə-smeta sənədlərinin hazırlanması işləri üzrə deyil, iddiaçının təmir işlərini aparma təcrübəsi beş balla qiymətləndirilməyib.

Açıq tender üsulu ilə satınalma prosedurlarının keçirilməsi üçün kifayət qədər vaxt olduğu halda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən vaxt çatışmazlığı əsas göstərilməklə, verilən razılığa istinad edilərək "Təkliflər sorğusu” və ya "Bir mənbədən satınalma” metodu tətbiq edilməklə, beş obyektin tikintisi üzrə 3-10 ay müddət keçdikdən sonra ümumilikdə 37994,4 min manat məbləğində satınalma müqavilələri bağlanılıb.

Satınalma proseduru keçirilmədən 14.04.2017-ci ildə bir halda 2906,4 min manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Tender əsas şərtlər toplusunda nəzərdə tutulsa da, açıq tender üsulu ilə həyata keçirilmiş satınalmalar üzrə bağlanılmış satınalma müqavilələrində xüsusi şərtlər müəyyən edilməyib.

2016-cı ildə həyata keçirilmiş satınalmalar zamanı qalib elan edilmiş müəssisələrlə bağlanmış bütün satınalma müqavilələrinin, 04.05.2017-ci il tarixində bağlanmış satınalma müqavilələrinin nəticələri barədə məlumat tender haqqında elanın verildiyi mətbuat orqanında və rəsmi internet saytında yerləşdirilməyib.

2016-cı ildə keçirilmiş kotirovka sorğuları zamanı ehtimal olunan məbləğin mövcud qaydalarda müəyyən edilmiş məbləğdən yuxarı olmasına baxmayaraq, kotirovka sorğularının keçirilməsi barədə elan mətbuat orqanında və rəsmi internet saytında verilməyib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Azərbaycan Fransaya nota verdi

Azərbaycan Fransaya nota verdi

Abel Məhərrəmovun yüksək vəzifə tutan qardaşları və kürəkənləri-

Abel Məhərrəmovun yüksək vəzifə tutan qardaşları və kürəkənləri- SİYAHI

Əhməd Əhmədovun qardaşının nədə ittiham edildiyi məlum oldu-

Əhməd Əhmədovun qardaşının nədə ittiham edildiyi məlum oldu- Kürdəxanıda saxlanılır

Abel Məhərrəmovun rəis qardaşı da “vuruldu”

Abel Məhərrəmovun rəis qardaşı da “vuruldu”

Azexport portalı “Elektron ticarət” və “İxrac prosedurları” üzrə təlimlər keçirəcək

Azexport portalı “Elektron ticarət” və “İxrac prosedurları” üzrə təlimlər keçirəcək

Xətainin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Xətainin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Zakir Fərəcov Mehriban xanıma verilən vədə əməl etmir-

Zakir Fərəcov Mehriban xanıma verilən vədə əməl etmir- Qarabağ əlillərinin basqı+VİDEO

"Sona Vəliyeva istefa ərizəsilə cənab Prezidentə müraciət etmişdi"- Nuşirəvan Məhərrəmlidən AÇIQLAMA

''Neftçala İcra Hakimiyyətinin başçısı məndən 70 min manat alıb''-

''Neftçala İcra Hakimiyyətinin başçısı məndən 70 min manat alıb''- ŞİKAYƏT+VİDEO

Şəmkirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan kiçik ailə təsərrüfatlarına baxış olub

Şəmkirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan kiçik ailə təsərrüfatlarına baxış olub

Dövlət Komitəsinin nümayəndə heyətinin Amerikaya səfəri Vaşinqtonda davam edib

Dövlət Komitəsinin nümayəndə heyətinin Amerikaya səfəri Vaşinqtonda davam edib

Azərbaycanda Milli Dirçəliş Günüdür

Azərbaycanda Milli Dirçəliş Günüdür

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur