ABŞ-da Araz Ağalarovun bank hesablarını bağladılar

Xəbərin çap versiyası
Tarix: 20-10-2018, 18:46    |    Xəbər oxunub: 555 dəfə
ABŞ-da Araz Ağalarovun bank hesablarını bağladılar


ABŞ-ın xüsusi məsələlər üzrə prokuroru Robert Müllerin Araz Ağalarovun "Crocus Group” şirkətinə aid məsələlərlə bağlı "BuzzFeed”də yayımlanan məqaləsindən sonra şirkətin Amerikadakı bütün bank hesabları bağlanıb.



AFN "Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı şirkət "Union Bank”dan məktub alıb. Bu barədə "Crocus”un regional inkişaf üzrə idarə direktoru və ABŞ-dakı nümayəndəsi İrakli Kaveladze məlumat verib.

Sentyabrın 21-də "BuzzFeed”də Müllerin Ağalarovla Kaveladze arasında pul köçürmələri ilə maraqlanması haqqında material dərc olunub. Nəşrin qeydinə görə, Mülleri Araz Ağalarovun şirkət nümayəndəliyinin hesabına 9 iyun 2016-cı il tarixində 3,3 milyon dollar pul köçürmək cəhdi maraqlandırıb. Həmin tarixdə isə vəkil Natalya Veselnitskaya ABŞ-ın gələcək prezidenti Donald Trampın oğlu ilə "Trump Tower”da görüşüb. Veselnitskaya həmin görüşdə, ABŞ KİV-nin iddiasına görə, Trampın rəqibi Hillari Klintona bəzi "dəlillər” çatdırıb. Sazişlər isə 3 bank - "Citibank”, "JPMorgan Chase” və "Morgan Stanley” vasitəsilə həyata keçirilib.

Kaveladzenin sözlərinə görə, "Crocus Group”un hesabları ABŞ-da yalnız "Union Bank”da olub. Bu gün isə artıq üç bank şirkətin yeni hesabların açılması ilə bağlı müraciətlərini rədd edib.

"Şirkətimizin ABŞ-da fəaliyyətini dayandırması real təhlükə altındadır. Bu isə ABŞ-ın Maliyyə Nazirliyinin nümayəndəsinin cinayətkar addımının neqativ nəticələrinin cüzi hissəsidir”, - deyə Kaveladze əlavə edib.

Qeyd edək ki, "Crocus Group”un ABŞ nümayəndəliyi "Sənin evin" ticarət şəbəkəsi üçün tikinti materiallarının və avadanlığın alınması ilə məşğul olur.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Azərbaycan Fransaya nota verdi

Azərbaycan Fransaya nota verdi

Abel Məhərrəmovun yüksək vəzifə tutan qardaşları və kürəkənləri-

Abel Məhərrəmovun yüksək vəzifə tutan qardaşları və kürəkənləri- SİYAHI

Əhməd Əhmədovun qardaşının nədə ittiham edildiyi məlum oldu-

Əhməd Əhmədovun qardaşının nədə ittiham edildiyi məlum oldu- Kürdəxanıda saxlanılır

Abel Məhərrəmovun rəis qardaşı da “vuruldu”

Abel Məhərrəmovun rəis qardaşı da “vuruldu”

Azexport portalı “Elektron ticarət” və “İxrac prosedurları” üzrə təlimlər keçirəcək

Azexport portalı “Elektron ticarət” və “İxrac prosedurları” üzrə təlimlər keçirəcək

Xətainin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Xətainin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Zakir Fərəcov Mehriban xanıma verilən vədə əməl etmir-

Zakir Fərəcov Mehriban xanıma verilən vədə əməl etmir- Qarabağ əlillərinin basqı+VİDEO

"Sona Vəliyeva istefa ərizəsilə cənab Prezidentə müraciət etmişdi"- Nuşirəvan Məhərrəmlidən AÇIQLAMA

''Neftçala İcra Hakimiyyətinin başçısı məndən 70 min manat alıb''-

''Neftçala İcra Hakimiyyətinin başçısı məndən 70 min manat alıb''- ŞİKAYƏT+VİDEO

Şəmkirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan kiçik ailə təsərrüfatlarına baxış olub

Şəmkirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan kiçik ailə təsərrüfatlarına baxış olub

Dövlət Komitəsinin nümayəndə heyətinin Amerikaya səfəri Vaşinqtonda davam edib

Dövlət Komitəsinin nümayəndə heyətinin Amerikaya səfəri Vaşinqtonda davam edib

Azərbaycanda Milli Dirçəliş Günüdür

Azərbaycanda Milli Dirçəliş Günüdür

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur