"Qaçqınkom"da Almaniyanın Azərbaycandakı səfiri ilə görüş olub

Xəbərin çap versiyası
Tarix: 7-11-2018, 13:00    |    Xəbər oxunub: 525 dəfə
"Qaçqınkom"da Almaniyanın Azərbaycandakı səfiri ilə görüş olub


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Almaniya Federativ Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Mixael Kindsqrabla görüşüb.

Komitənin mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, R.Rzayev Azərbaycanla Almaniya arasında əlaqələrin inkişaf etdiyini, Federal Kansler xanım Angela Merkelin bu ilin avqustunda ölkəmizə səfərinin tarixi əhəmiyyət daşıdığını və ikitərəfli əlaqələrə yeni təkan verdiyini qeyd edib.

Almaniyalı diplomatlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticəsində 1 milyon 200 min azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü bildirilib, bu humanitar fəlakətin fəsadları və onların aradan qaldırılması üçün dövlətimizin və hökumətimizin gördüyü tədbirlər barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün məqsədyönlü və davamlı iş aparılır. Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə icra edilən Dövlət Proqramı çərçivəsində yeni yaşayış kompleksləri salınır, məcburi köçkünlər layiqli həyat şəraiti ilə təmin olunurlar. Hələ də ən ağır vəziyyətdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə ilk növbədə köçürülməsi ilə bağlı Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıqlarının icrası davam etdirilir.

Görüşdə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) ölkəmizdə məcburi köçkünlərlə bağlı icra etməyə başladığı layihə, həmçinin bu kateqoriyadan olan vətəndaşlarımızın məşğulluğunun genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
“Son iclas” bədii-sənədli filmi Antalyada təqdim olundu-

“Son iclas” bədii-sənədli filmi Antalyada təqdim olundu- VİDEO+FOTOLAR

Məktəb direktoru ilə tanınmış aktyor arasında insident-

Məktəb direktoru ilə tanınmış aktyor arasında insident- Təfərrüat+FOTOLAR

DOST konsepsiyasının, “e-sosial” internet portalının, ƏƏSMN-in yeni loqosunun və rəsmi internet səhifəsinin təqdimatı keçirilib

DOST konsepsiyasının, “e-sosial” internet portalının, ƏƏSMN-in yeni loqosunun və rəsmi internet səhifəsinin təqdimatı keçirilib

Müəllimdən məktəb direktoruna qarşı inanılmaz iddia

Müəllimdən məktəb direktoruna qarşı inanılmaz iddia

Nazir müavini:

Nazir müavini: "Partlayış baş verən binanın sakinləri üçün yeni bina tikiləcək"

20 noyabr hərracı:

20 noyabr hərracı: 9 elektron sifariş verildi, 5 dövlət əmlakı rəqabət yaratdı

"Nissan"ın rəhbəri həbs edildi

Azərbaycanda terrora cəhd edən erməni diversant məhkəmə qarşısında-

Azərbaycanda terrora cəhd edən erməni diversant məhkəmə qarşısında- VİDEO+FOTOLAR

Metroda soyğunçuluq və oğurluq edən şəxslər saxlanılıblar

Metroda soyğunçuluq və oğurluq edən şəxslər saxlanılıblar

Tanınmış azərbaycanlı müğənni vəfat etdi

Tanınmış azərbaycanlı müğənni vəfat etdi

Azərbaycanda 3 qurum birləşdirilir, super nazirlik yaradılır

Azərbaycanda 3 qurum birləşdirilir, super nazirlik yaradılır

Hava şəraiti qeyri-sabit keçəcək:

Hava şəraiti qeyri-sabit keçəcək: sulu qar, qar yağacağı ehtimalı var-XƏBƏRDARLIQ

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur