Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı təsdiqlənmədi


Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı təsdiqlənmədi


Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası Şəki-Zaqatala bölgəsinin fındıq bağlarında mərmər bağacığı adlanan zərərvericinin yayılması ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə müraciət edib.

Bu barədə nazirlikdən məlumat verilib. Daxil olmuş müraciətin araşdırılması üçün Dövlət Fitosanitar Xidmətinin, Şəki, Qax, Zaqatala və Balakən rayon bitki mühafizəsi mərkəzlərinin, eləcə də assosiasiyasının əməkdaşları tərəfindən monitorinqlər aparılıb. Lakin bölgənin fındıq bağlarında, bitki qalıqlarının altında, ətrafda olan təsərrüfat və yaşayış binalarında, hətta zərərvericinin ehtimal olunduğu Zaqatala rayonunun Muxax kəndinin mədəniyyət evində fitosanitar yoxlamalar aparılıb və mərmər bağacığı aşkarlanmayıb.

Monitorinq keçirilən ərazilərdə morfoloji cəhətdən mərmər bağacığına oxşayan taxıl bitkilərinin zərərvericisi olan ziyankar bağacığın (taxıl zəlicəsi) yetkin fərdləri aşkar olunub və identifikasiya üçün laboratoriyaya göndərilib.

Qeyd edək ki, Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının təsisçisi İsmayıl Orucov Azərbaycanın findiq bağlarında xarici karantın zərərvericisi olan mərmər bağacığının yayıldığını və hətta 3 faizə qədər ziyan vurduğunu bildirmişdi. Assosasiyanın ABŞ-in Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) ayırdığı maliyyə vəsaiti hesabına hazırlayaraq yaydığı broşurlarda da mərmər bağacığının hazırda Gürcüstandan Azərbaycanın findiqçılıq bölgələrinə keçdiyi qeyd olunub. Assosasiya tərəfindən Zaqatala rayonunun Muxax kənd mədəniyyət evində də mərmər bağacığının tapıldığı bildirilmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu