ETSN Neft Emalı Zavoduyla bağlı məhkəməyə müraciət etdi

Xəbərin çap versiyası
Tarix: 8-11-2018, 13:08    |    Xəbər oxunub: 520 dəfə
ETSN Neft Emalı Zavoduyla bağlı məhkəməyə müraciət etdi


07 noyabr 2018-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Neft Emalı Zavodundan havaya atılmalarla bağlı daxil olan məlumat əsasında ətraf ərazidən götürülən nümunələrin üzərində aparılan analizlərin nəticələri məlum olub. Nəticələrə görə qaz birləşmələrinin sanitar normadan artıq olduğu müəyyən edilib.



Nazirlikdən AFN-ə verilən məlumatda bildirilir ki, faktla bağlı Neft Emalı Zavodunun hüquqi şəxs qismində məsuliyyətə cəlb edilməsi üçün sənədlər məhkəməyə göndəriləcək. Zavodun 3 saylı istehsalat sahəsinin 31 nömrəli Katalitik Riforminq qurğusunun sobasında texnoloji prosesin pozulması nəticəsində atmosferə zərərli atılmalara görə isə cavabdeh olan sahə rəisi Fərhad Fiqarov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində İnzibati Xətalar Məcəlləsinə əsasən 4000 manat məbləğində cərimə olunub.

Baş vermiş qəzanın səbəblərinin araşdırılması, gələcəkdə belə hallara yol verilməməsi, eləcə də texnoloji prosesin pozulmasında təqsirli olan digər şəxslərin müəyyənləşdirilib məsuliyyətə cəlb edilmələri üçün Neft Emalı Zavoduna icrası məcburi olan “məcburi göstəriş” verilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Payız ağacəkmə kampaniyası davam edir

Payız ağacəkmə kampaniyası davam edir

Dövlət Komitəsinin sədri məcburi köçkünləri qəbul edib

Dövlət Komitəsinin sədri məcburi köçkünləri qəbul edib

Bakıda Suriya türkmənlərinin tanınmış sənətçisi Adil Şanla görüş keçirilib-

Bakıda Suriya türkmənlərinin tanınmış sənətçisi Adil Şanla görüş keçirilib- FOTOLAR

“Nar” 4G şəbəkəsini genişləndirməkdə davam edir

“Nar” 4G şəbəkəsini genişləndirməkdə davam edir

Dövlət Miqrasiya Xidmətində reinteqrasiya üzrə işçi qrupunun dördüncü iclası keçirilib

Dövlət Miqrasiya Xidmətində reinteqrasiya üzrə işçi qrupunun dördüncü iclası keçirilib

“Son iclas” bədii-sənədli filmi Antalyada təqdim olundu-

“Son iclas” bədii-sənədli filmi Antalyada təqdim olundu- VİDEO+FOTOLAR

Məktəb direktoru ilə tanınmış aktyor arasında insident-

Məktəb direktoru ilə tanınmış aktyor arasında insident- Təfərrüat+FOTOLAR

DOST konsepsiyasının, “e-sosial” internet portalının, ƏƏSMN-in yeni loqosunun və rəsmi internet səhifəsinin təqdimatı keçirilib

DOST konsepsiyasının, “e-sosial” internet portalının, ƏƏSMN-in yeni loqosunun və rəsmi internet səhifəsinin təqdimatı keçirilib

Müəllimdən məktəb direktoruna qarşı inanılmaz iddia

Müəllimdən məktəb direktoruna qarşı inanılmaz iddia

Nazir müavini:

Nazir müavini: "Partlayış baş verən binanın sakinləri üçün yeni bina tikiləcək"

20 noyabr hərracı:

20 noyabr hərracı: 9 elektron sifariş verildi, 5 dövlət əmlakı rəqabət yaratdı

"Nissan"ın rəhbəri həbs edildi

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur