Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Dövlət Komitəsində olub

Xəbərin çap versiyası
Tarix: 8-11-2018, 13:40    |    Xəbər oxunub: 515 dəfə
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Dövlət Komitəsində olub


Noyabrın 8-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşü olub.



Dövlət Komitəsinin sədri Avropa İttifaqı ilə qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan davamlı münasibətlərin qurulmasına və inkişaf etdirilməsinə Azərbaycanın mühüm əhəmiyyət verdiyini qeyd edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində də Avropa dövlətlərinin təsirli iştirakının vacibliyini vurğulayan Komitə sədri münaqişə nəticəsində xalqımızın üzləşdiyi itkilər və məhrumiyyətlər barədə ətraflı məlumat verib. Qeyd edilib ki, münaqişə nəticəsində 1 milyon 200 mindən çox həmvətənimiz doğma yurd-yuvasından didərgin düşüb, ağır şəraitdə yaşamağa məcbur olub. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal etdiyi ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi və digər beynəlxalq təşkilatların qərar və qətnamələri kağız üzərində qalıb. Məcburi köçkünlərin pozulmuş hüquqlarının və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi üçün beynəlxalq təşkilatlar fəaliyyətini artırmalıdır.

Qonaqlara məlumat verilib ki, respublikanın müxtəlif rayonlarında yaşayan məcburi köçkünlərin sosial problemlərinin həlli daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin məcburi köçkünlərin maddi rifah halının yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi üçün verdiyi tapşırıqlar icra olunur. Birinci vitse-prezident xanım Mehriban Əliyeva ən qəzalı və ən ağır yaşayış yerlərində məskunlaşmış məcburi köçkünlərlə bağlı verdiyi tapşırığın icrasına şəxsən nəzarət edir.

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Avropa İttifaqı və Azərbaycan arasındakı əməkdaşlığın hazırki səviyyəsini yüksək qiymətləndirib. Qonaq bu əlaqələrin genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib. Eyni zamanda məcburi köçkünlərlə bağlı fəaliyyətin artırılması üçün çalışılacağı vurğulanıb.

Görüşdə müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Məktəb direktoru ilə tanınmış aktyor arasında insident-

Məktəb direktoru ilə tanınmış aktyor arasında insident- Təfərrüat+FOTOLAR

DOST konsepsiyasının, “e-sosial” internet portalının, ƏƏSMN-in yeni loqosunun və rəsmi internet səhifəsinin təqdimatı keçirilib

DOST konsepsiyasının, “e-sosial” internet portalının, ƏƏSMN-in yeni loqosunun və rəsmi internet səhifəsinin təqdimatı keçirilib

Müəllimdən məktəb direktoruna qarşı inanılmaz iddia

Müəllimdən məktəb direktoruna qarşı inanılmaz iddia

Nazir müavini:

Nazir müavini: "Partlayış baş verən binanın sakinləri üçün yeni bina tikiləcək"

20 noyabr hərracı:

20 noyabr hərracı: 9 elektron sifariş verildi, 5 dövlət əmlakı rəqabət yaratdı

"Nissan"ın rəhbəri həbs edildi

Azərbaycanda terrora cəhd edən erməni diversant məhkəmə qarşısında-

Azərbaycanda terrora cəhd edən erməni diversant məhkəmə qarşısında- VİDEO+FOTOLAR

Metroda soyğunçuluq və oğurluq edən şəxslər saxlanılıblar

Metroda soyğunçuluq və oğurluq edən şəxslər saxlanılıblar

Tanınmış azərbaycanlı müğənni vəfat etdi

Tanınmış azərbaycanlı müğənni vəfat etdi

Azərbaycanda 3 qurum birləşdirilir, super nazirlik yaradılır

Azərbaycanda 3 qurum birləşdirilir, super nazirlik yaradılır

Hava şəraiti qeyri-sabit keçəcək:

Hava şəraiti qeyri-sabit keçəcək: sulu qar, qar yağacağı ehtimalı var-XƏBƏRDARLIQ

Qənirə Paşayeva Yunanıstan, Yeni Zelandiya, Bəhreyn və Sinqapurun fəal qadınları ilə Qarabağdan danışıb-

Qənirə Paşayeva Yunanıstan, Yeni Zelandiya, Bəhreyn və Sinqapurun fəal qadınları ilə Qarabağdan danışıb- FOTOLAR

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur