Miqrasiya Xidmətində Bayraq Gününə həsr olunmuş tədbir keçirilib

Xəbərin çap versiyası
Tarix: 8-11-2018, 19:09    |    Xəbər oxunub: 604 dəfə
Miqrasiya Xidmətində Bayraq Gününə həsr olunmuş tədbir keçirilib


Dövlət Miqrasiya Xidmətində 9 noyabr - Dövlət Bayrağı gününə həsr olunmuş tədbir keçirilib.

Qurumun mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, əvvəlcə dövlət himni səsləndirilib. Daha sonra Dövlət Bayrağına həsr olunan video çarx nümayiş etdirilib.

Təbdirdə çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov ölkə Prezidenti cənab İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla hər il noyabrın 9-nun “Dövlət Bayrağı Günü” kimi qeyd edilməsini ölkəmizdə dövlət rəmzlərinə hörmət və ehtiramın göstəricisi olduğunu söyləyib. Bildirib ki,dərin köklərə malik dövlətçilik ənənələrimizin, əbədi müstəqilliyimizin, mühüm nailiyyətlərimizin təcəssümü olan bayraq gününün ölkəmizin hər bir güşəsində möhtəşəm bayram kimi qeyd edilməsi fərəhli haldır. Xidmət rəisi vurğulayıb ki, bayrağımızı uca tutmaq, vüqarla dalğalandırmaq hər birimizin şərəf borcudur. Ona görə də bu gün dövlət bayrağına məhəbbət və vətəndaş sevgisi hər bir azərbaycanlının Vətən qayğısına, millət duyğusuna çevrilib. Tədbirdə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dosenti, tarixçi alim Kərəm Məmmədov bayrağımızın yaranma tarixindən, keçdiyi şərəfli və keşməkeşli yollarından bəhs edib. Natiq qədim dövrlərdən başlayaraq bu günümüzədək mövcud olmuş bayraqları nümayiş etdirərək, onlar haqqında geniş məlumat verib. Bildirib ki, tariximizin ən dəyərli eksponatı olan qədim bayraqlar bizə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin tarixini öyrənməyə, araşdırmağa geniş imkanlar açır.

Tədbirin sonunda tarixçi alim Dövlət Miqrasiya Xidmətinin əməkdaşılarının suallarını cavablandırıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]






Diqqətinizi çəkə biləcək digər xəbərlər

"Bakı Metropoliteni" QSC-nin təlim-tədris mərkəzi yeni formatda qurulur

Eldar Mahmudovun bacanağı da AzTV-dən uzaqlaşdırıldı

Eldar Mahmudovun bacanağı da AzTV-dən uzaqlaşdırıldı

Tanınmış teleaparıcıya ağır itki üz verib

Tanınmış teleaparıcıya ağır itki üz verib

Şamaxıda “Praktiki mühəndislik və liderlik” dərnəkləri təşkil edilib

Şamaxıda “Praktiki mühəndislik və liderlik” dərnəkləri təşkil edilib

Qənirə Paşayeva Avropa təşkilatlarını Ermənistanın işğalçılıq siyasətini durdurmaq üçün addımlar atmamaqda ittiham edib

Qənirə Paşayeva Avropa təşkilatlarını Ermənistanın işğalçılıq siyasətini durdurmaq üçün addımlar atmamaqda ittiham edib

Xocalıda vuruşmuş erməniyə Gürcüstanda abidə qoyuldu

Xocalıda vuruşmuş erməniyə Gürcüstanda abidə qoyuldu

Yekaterinburqda diaspora lideri azərbaycanlılara qarşı sui-qəsddə ittiham olunur

Yekaterinburqda diaspora lideri azərbaycanlılara qarşı sui-qəsddə ittiham olunur

Deputata ağır itki-

Deputata ağır itki- Oğlu xizək qəzasında həyatını itirdi

Ümid qəsəbəsinə köçürüləcək məcburi köçkün ailələri arasında püşkatma keçirilib

Ümid qəsəbəsinə köçürüləcək məcburi köçkün ailələri arasında püşkatma keçirilib

“Nar” autizm sindromlu uşaqlara növbəti dəstəyini göstərib

“Nar” autizm sindromlu uşaqlara növbəti dəstəyini göstərib

AMEA və

AMEA və "Sipark İnşaat"ın alimlərə tikilən binada satdıqları mənzillərin planı üzə çıxdı- FOTOLAR

Uşağın doğulmasına görə birdəfəlik müavinətin təyinatı avtomatlaşdırılacaq

Uşağın doğulmasına görə birdəfəlik müavinətin təyinatı avtomatlaşdırılacaq

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur