Məmurların general və polkovnik övladları: Nazir müavini, idarə rəisi, bölmə rəisi...

Xəbərin çap versiyası
Tarix: 8-11-2018, 19:25    |    Xəbər oxunub: 651 dəfə
Məmurların general və polkovnik övladları:


Məmurların iş fəailiyyətləri ilə yanaşı onların özəl həyatları, həmçinin övladları cəmiyyətin maraq dairəsindədir. Heç şübhəsiz digər vətəndaşlar kimi, müxtəlif dövlət vəzifələrində və özəl sektorda çalışan məmur övladları da var.

AFN xəbər verir ki, azxeber.com hüquq-mühafizə orqanlarında yüksək vəzifə daşıyan məmur övladları ilə bağlı araşdırma aparıb.

General-polkovnik Kəmaləddin Heydərov Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərovun oğludur. 13 ilə yaxındır Fövqəladə Hallar naziri işləyən Kəmaləddin Heydərov bundan öncə uzun müddət Dövlət Gömrük Komitəsinin sədri vəzifəsini daşıyıb.

General-mayor Teymur Mehdiyev Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin oğludur. 20 ildən artıqdır hüquq-mühafizə orqanlarında çalışan Teymur Mehdiyev hazırda Fövqəladə Hallar nazirinin müavinidir. Bundan öncə isə Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini işləyib.

General-mayor Emil Usubov daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun oğludur. Uzun müddətdir polis sistemində çalışan E.Usubov Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin rəisidir. Bundan öncə isə həmin idarəsinin rəis müavini işləyib. Prezident İlham Əliyevin ötən ilin iyun ayında imzaladığı sərəncamla general-mayor rütbəsinə layiq görülüb.

Polkovnik İsmayıl Məmmədov Baş nazir Novruz Məmmədovun oğludur. Polis Akademiyasını bitirən İsmayıl Məmmədov uzun müddətdir polis sistemində çalışır. Hazırda Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinin rəisidir. Baş nazirin oğlu paytaxtın Zabrat qəsəbəsində yerləşən bu bölməyə atası Prezident Admistrasiyası Beynəlxalq Əlaqələr şöbəsinin müdiri olduğu zaman təyin edilib.

Polkovnik Emin Həsənov Baş nazirin müavini Əli Həsənovun yeganə oğludur. Son təyinata qədər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə rəhbərlik edən Ə.Həsənovun oğlu hazırda Binəqədi rayon Polis İdarəsinin rəis müavinidir. Uzun müddətdir polis sistemində çalışır.

Polkovnik Elşad Məmmədov Milli Məclisin deputatı Elman Məmmədovun oğludur. Hazırda Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Texniki Müayinə Mərkəzinin rəisi işləyən deputat oğlu bundan öncə Yasamal rayon Yol Polisi İdarəsinə rəhbərlik edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Sabaha gözlənilən hava şəraiti

Sabaha gözlənilən hava şəraiti

Leyla Ramazanlıdan İçərişəhər

Leyla Ramazanlıdan İçərişəhər FOTOSESSİYASI

İlham Əliyev Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun açılışında iştirak edib-

İlham Əliyev Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun açılışında iştirak edib- FOTOLAR

Viktor Yanukoviçə 15 il həbs cəzası verildi

Viktor Yanukoviçə 15 il həbs cəzası verildi

ABŞ-da yaşayan süni intelekt üzrə azərbaycanlı mütəxəsis

ABŞ-da yaşayan süni intelekt üzrə azərbaycanlı mütəxəsis

"Bakı Metropoliteni" QSC-nin təlim-tədris mərkəzi yeni formatda qurulur

Eldar Mahmudovun bacanağı da AzTV-dən uzaqlaşdırıldı

Eldar Mahmudovun bacanağı da AzTV-dən uzaqlaşdırıldı

Tanınmış teleaparıcıya ağır itki üz verib

Tanınmış teleaparıcıya ağır itki üz verib

Şamaxıda “Praktiki mühəndislik və liderlik” dərnəkləri təşkil edilib

Şamaxıda “Praktiki mühəndislik və liderlik” dərnəkləri təşkil edilib

Qənirə Paşayeva Avropa təşkilatlarını Ermənistanın işğalçılıq siyasətini durdurmaq üçün addımlar atmamaqda ittiham edib

Qənirə Paşayeva Avropa təşkilatlarını Ermənistanın işğalçılıq siyasətini durdurmaq üçün addımlar atmamaqda ittiham edib

Xocalıda vuruşmuş erməniyə Gürcüstanda abidə qoyuldu

Xocalıda vuruşmuş erməniyə Gürcüstanda abidə qoyuldu

Yekaterinburqda diaspora lideri azərbaycanlılara qarşı sui-qəsddə ittiham olunur

Yekaterinburqda diaspora lideri azərbaycanlılara qarşı sui-qəsddə ittiham olunur

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur