“Renessans Palace”da Bayraq günü tədbiri keçirilib


“Renessans Palace”da Bayraq günü tədbiri keçirilib


“AS Qrup İnvestment” şirkəti Bakının ən iri premium yaşayış kompleksinin həyətində Bayraq gününü qeyd edib. “Renessans Palace”ın sakinlərinin, ictimai fiqurların şirkət rəhbərliyinin və nümayəndələrinin iştirak etdiyi tədbirdə unudulmaz anlar yaşanıb.

“AS Qrup İnvestment”in təsisçisi Şahin Mövsümov tədbirdə iştirak edən hər kəsin bayramını təbrik edib, xoş arzularını çatdırıb. 100 illik tarixə malik müqəddəs bayrağı, dövləti yaşadan, ona hazırkı qüdrətini qazandıran ölkə rəhbərliyinə minnətdarlığını bildirib. Fürstədən istifadə edən şirkət rəhbəri “Renessans Palace” sakinlərinə kompleksin artıq tamamilə təhvil verilmək üzərə olduğunu, mənzil sahiblərinin hamısının təmirə başlaya biləcəklərini və yaza doğru binada yaşayışın başlayacağının müjdəli xəbərini də verib.

Tədbirin həm fəxri qonaqlarından biri, həmçinin kompleksin sakinlərindən olan cümhuriyyətin qurucusu Məmmədəmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə də tədbir iştirakçılarından idi və o da söz alaraq səhnəyə çıxıb və “Renessans Palace”ın həyətində toplaşmış hər kəsi, öz qonşularını Bayraq günü münasibəti ilə təbrik edib.

Kompleksin həyətinin müxtəlif guşələrində fərqli mövzularda bayram abu-havasını yaşadan şou proqramlar göstərilib. Tədbir boyu əməkdar artist, tarzən Şəhriyar İmanovun triyosu milli musiqilərimizin ifası ilə qonaqlara xoş ovqat bəxş edib. Bina sakinlərinin üzləri bayraq rənglərinə boyanmış uşaqları birlikdə iri lövhədə “Xəyallarımın evi – “Renessans Palace” mövzulu rəsm çəkiblər. Tədbirin sonunda sakinlər və kompleksin aid olduğu “AS Qrup İnvestment” şirkətinin əməkdaşları birlikdə dövlət bayrağının rənglərində yüzlərlə şarı havaya buraxıb.

“Renessans Palace”da Bayraq günü tədbiri keçirilib

“Renessans Palace”da Bayraq günü tədbiri keçirilib

“Renessans Palace”da Bayraq günü tədbiri keçirilib



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu