ETSN-in məsul şəxsləri sərgi ilə tanış olublar


ETSN-in məsul şəxsləri sərgi ilə tanış olublar


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsul şəxsləri Bakı Ekspo Mərkəzində keçirilən “Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi ilə tanış olublar.



Sərgidə nümayiş olunan plastik və polietilen məhsulların utilizasiyası, ekoloji təmiz içməli su istehsalı, sudan təkrar istifadə, ekoloji təmiz qida məhsulları, alternativ enerji texnologiyaları, yaşıl landşaft dizaynı, polietilen torbalara alternativ olan həsir çantalar və digər əşyalar, ekoturizm ilə bağlı müxtəlif istiqamətlərdə olan stendlər barədə Nazirliyin məsul şəxslərinə ətraflı məlumat verilib.

Qeyd edək ki, sərgidə Azərbaycan da daxil olmaqla Almaniya, Böyük Britaniya, Finlandiya, İtaliya, Rusiya, Türkiyə, Ukraynadan olan 43 şirkət iştirak edir və sərgi üç gün davam edəcək.

ETSN-in məsul şəxsləri sərgi ilə tanış olublar
ETSN-in məsul şəxsləri sərgi ilə tanış olublar
ETSN-in məsul şəxsləri sərgi ilə tanış olublar
ETSN-in məsul şəxsləri sərgi ilə tanış olublar
ETSN-in məsul şəxsləri sərgi ilə tanış olublar



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu